Əziz xanımlar, sizinlə yenə bildiklərim və faydalı olan bir neçə reseptləri paylaşıram. Bu reseptlərin köməkliyi ilə ürək və damar xəstəliklərindən uzaqlaşmaq olar. Bu reseptlər həmçinin mədə-bağırsaq problemi yaşayanlar üçün də yararlıdır. Nəzərinizə çatdırım ki, bu reseptləri arxa-arxaya etmək olmaz. İldə 2 dəfə istifadə etmək olar...
***
5 stəkan suya 3 diş sarımsaq, 3 ədəd limon, 2 qram kristal duz əlavə edib bir şüşədə qaranlıq yerdə saxlayırıq. 2 gün saxladıqdan sonra alınan məhlulun tərkibinə 10 xörək qaşığı zeytun yağı və yarım stəkan kartof suyu əlavə edib, 1 gün yenidən saxlayın. Sonra həmin qarışığı 25 yaşdan yuxarı olan bütün insanlar istifadə edə bilər. Gündə 1 dəfə 1 xörək qaşığı, ya səhər, ya da axşam yeməkdən 5 saat sonra qəbul olunmalıdır. İnsan orqanlarını təmizləyir, insultUn qarşısını alır. Ancaq soyuducuda saxlamaq mütləqdir.
1 kilo qara turp, yarım kilo kökü yuyub qabıqlarını soymadan şirəçəkənlə çəkmək lazımdır. Alınan şirəni soyuducuya qoyuruq. 3 xörək qaşığı qara zirə yağını (olmasa toxumu da olar) 5 xörək qaşığı bal ilə həll etdikdən sonra soyuducudakı şirəni da əlavə edirik. Yaxşıca qarışdırıb soyuducuya qoyuruq. İyi tünd olsa da çox xeyirli bir reseptdir. Gündə 1 dəfə acqarına qəbul etmək məsləhətdir.
2 ədəd sarımsağın şirəsi, 15 qram badam yağı, 15 qram gənəgərçək yağı, 1ədəd limonun şirəsini və 1 xörək qaşığı spirt əlavə edirik. Yaxşıca qarışdırırıq. 20- 25 dəq soyuducuda saxladıqdan sonra ayaqda çıxmış ağrı verən damarların üzərinə sürtərək yavaş -yavaş masaj edib, yağı dəriyə yedizdirin. 1 ay bu resepti etsəniz fərqi özünüz görəcəksiniz
Bu resept həmçinin bəzi ləkərin də yox olmasına kömək edir.
Hamınıza sağlamlıq arzu edirəm!
[/hide]