Qadin.NET / Tut doşabının faydaları

Tut doşabının faydaları

 Doşab çox qiymətli müalicəvi məhsuldur.

Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
O, ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.

Doşab güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır.

Öskürək zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edib xəstəyə vermək lazımdır.

Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir.

Tut doşabının faydaları

Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır.

Doşab qara ciyərin dostudur. Doşab qara ciyərin sağlamlığına çox müsbət təsir edir - qara ciyəri möhkəmləndirir, ödqovucu təsir edir.

Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir.

B qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir.

Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır.

Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.

6 noyabr 2020
GO BACK