Qadin.NET / Avokadonun 10 faydası

Avokadonun 10 faydası

Avokado haqqında bilinməyənlər: faydaları və zərərləri
Avokado haqqında çox eşitmisiniz. Bəs bu, avokado meyvəsinin faydaları nələrdir? Hansı ziyanları ola bilər? Necə və nə zaman istifadə olunmalıdır? Bütün bunlar haqqında məlumat almaq istəyirsiniszə, bu yazımızı oxuyun.

Avokadonun vətəni Meksikadır. Bu meyvəyə “timsah armudu” da deyilir. Tərkibində 20-yə yaxın vitamin və mineral vardır. Dünyadakı ən təbii qidalardan biridir. Həmçinin, faydalı olduğuna görə, uşaqlar da yeyə bilər. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.

Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır. Aparılan araşdırmalar da bu meyvənin sağlamlığa olan xeyirlərini təsdiqləyir.
Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.

Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.

İndi isə gəlin, avokado ilə daha yaxından tanış olaq.

Çəkiyə nəzarət
Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hiss yaradır. Bu baxımından diyetada olan xanımlara avokado məsləhət görülür.

Ürəyiniz üçün


Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.

Gözlər
Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado tərkibindəki lutein və zeaksantin vasitəsilə gözlərinizdə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırır.

Xərçəngin dərmanı
Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.


Sağlam uşaqlar
Avokadonun tərkibindəki fol turşusu uşaqlar üçün də çox faydalıdır. Xüsusilə, proteinlər uşaqların sağlamlığına xeyirdir. Həmçinin, Maqnezium, B1, B2 vitaminləri baxımından zəngin olması uşağın fiziki və zehni inkişafına da təkan verir.

Ən yaxşı antidepresan
Əgər depresiyadasınızsa, bir avokado sizin əhvalınızı yüksəldəcək. Homosisteyinin yaratdığı halsızlıq, iştahasızlıq və yuxusuzluq avokado vasitəsilə aradan qaldırıla bilər.

Yaxşı həzm
Təbii liflərdən ibarət olan avokado qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.

Xolesterin
Yuxarıda da qeyd etdiyimiz kimi, avokado ürək-damar sistemi üçün çox xeyirli qidadır. Lazımi miqdarda avokado yemək xolesterin riskini azaldır.

Təzyiq
Əgər yüksək təzyiqdən əziyyət çəkirsinizsə, sizə avojkadonu məsləhət görürük. Tərkibindəki maqnezium və potasyum qan təzyiqinizi normada saxlayacaq.

Təmiz dəri
Avokadonun tərkibindəki A, C və E vitaminləri dəriyə çox xeyirdir. Lakin bunun üçün avokadonu yemək deyil, əzərək dəriyə tətbiq etmək lazımdır. Avokado dərinizi yumşaltmaqla yanaşı, dərinizdə yaranan ləkələri aradan qaldıracaq və günəşin zərərli təsirlərindən qoruyacaq.


Avokadonun zərərləri varmı?
Avokado çox qidalı və xeyirli meyvə olsa da, həddindən artıq istifadə edilməsi problemlər yarada bilər. Xüsusilə, allergik insanlara avokado məsləhət görülmür. Həmçinin qaraciyərində problem olan insanlar da avokadonu həəkim məsləhətiylə istifadə edə bilər. Qeyd edək ki, avokadonun qanı durulaşdırma kimi xüsusiyyəti olduğuna görə, qan durulaşdırıcı dərmanlar qəbul edən adamlar avokadodan uzaq durmalıdır.

Həmçinin onu da qeyd edək ki, avokado hamilə qadınlara məsləhət görülmür.

7 oktyabr 2020
GO BACK