Qadin.NET / Mürəbbələrin inanılmaz faydaları

Mürəbbələrin inanılmaz faydaları

Yay aylarında demək olar ki, bir çoxların evində qışa hazırlıq üçün mürəbbə və turşu tədarükü görülür. Hazırlanan bu mürəbbələrin insan sağlamlığına faydalarından xəbəri olanlar da var, olmayanlar da. Gəlin bu mürəbbələrin bəzilərinin faydaları ilə birlikdə tanış olaq.


Moruq mürəbbəsi – Moruq antosiyaninlərlə zəngindir. Bu antosiyaninlər antioksidant rolunu oynayaraq sərbəst radikallarla mübarizə aparmağa və iltihabı azaltmağa kömək edir. Ürək-damar xəstəliklərin qarşısını alan böyürtkən C vitamini baxımından zəngindir. Tədqiqatlar göstərir ki, gündəlik C vitamini qəbulu arteriosklerozun (ateroskleroz) inkişafını ləngidə, infarkt və insult kimi ürək-damar problemləri riskini azalda bilər. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır.
Heyva mürəbbəsi – həkimlərin xüsusilə vərəm xəstəliyi üçün tövsiyə etdiyi şəfalı bir qidadır. Bu mürəbbə ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır. Norveçli alimlər tərəfindən xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Təbii bir antibiotikdir, qanı təmizləyir, xəstəlikləri sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyərək həzm sistemini yaxşılaşdırır.
Ananas mürəbbəsi – Ananas mürəbbəsinin, sağlamlıq üçün olduqca faydaları var. Belə ki, tənəffüs yollarını açı, öskürək və soyuqdəyməni müalicə edir, həzmi yaxşılaşdırır, sümüklərin möhkəmlənməsinə kömək edir, ağız sağlamlığını qoruyur, görmə qabiliyyətini artırır. Eyni zamanda iltihablanmanı azaldır, xərçəngin qarşısını alır, ürək-damar xəstəliklərin qarşısını alır, immunitet sistemini gücləndirir və qan dövranını artırır.


Zoğal mürəbbəsi – Soyuqdəymənin bir nömrəli dərmanı dedikdə ağıllara ilk öncə zoğal mürəbbəsi gəlir. C vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir. Bundan başqa, sidik kisəsi, sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir.
Badımcan mürəbbəsi – Badımcanın sağlamlığa olan faydaları artıq bir çoxlarına məlumdur. Tərkibi A,C,E və K vitaminləri ilə zəngindir. Özü ilə ilə yanaşı mürəbbəsinin də bir sıra faydaları var. Əsəbləri sakitləşdirir, təzyiqi salır, ürək döyüntülərini aradan qaldırır. Eyni zamanda sidikqovusu xüsusiyyətə malikdir bağırsaqları yumşaldır, qan azlığını aradan qaldırır, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Bundan başqa babasilə, böyrək ağrılarına yaxşı təsir göstərir, qandakı xolesterol səviyyəsini aşağı salır və damar tutulmasına müsbət təsir edir.

30 sentyabr 2020
GO BACK