Qadin.NET / Soyuqdəymə ilə necə mübarizə aparmalı?

Soyuqdəymə ilə necə mübarizə aparmalı?

C vitamini

C vitamini soyuqdəymə müalicəsində istifadə olunur. Brokoli, pomidor, lobya, sitrus meyvələri C vitamini ilə zəngindir. Soyuqdəymənin simptomları başladığı an bol-bol C vitamini ilə zəngin qidalar yeyilməlidir.

Zəncəfil çayı

Zəncəfil bədənin müqavimətini artırır və özünü tez bərpa etməsinə kömək edir. Balla dadlandırılmış zəncəfil çayı hazırlayın. 

Sarımsaq

Sarımsağın antibakterial xüsusiyyəti var. Sarımsaq bir çox xəstəliklə yanaşı soyuqdəymənin də qarşısını alır. Bir sarımsağı yaxşı əzdikdən sonra iki çay qaşığı limon suyu əlavə edin. 1 çay qaşığı bal və yarım çay qaşığı qırmızı bibər əlavə edin. Bu qarışım soyuqdəymə ilə mübarizə aparmağınıza kömək edəcək.

Çoxlu su için

Viruslar nəm olmayan quru mühitdə sürətlə çoxalırlar. Bol su içərək bədənin nəm ehtiyacını qarşılaya bilərsiniz.

10 iyul 2020
GO BACK