Boğaz ağrısı üçün sürətli yardım: Zəncəfil-Sarımsaq
Bu içkini hazırlamaq üçün sarımsaq, zəncəfil, limon, yaşıl çay və ya isti suya ehtiyac var. Sarımsaq mikroblarla mübarizə aparır. Limon, immuniteti gücləndirir və soyuqdəyməni, boğaz ağrısını azaldır. Zəncəfil,öskürək və boğazla bağlı problemləri həll edir. Antioksidant xüsusiyyətə malikdir. Yaşıl çay, antioksidant mənbəyidir.
Hazırlanması:
İlk yaşıl çayı hazırlamağa başlayın. Üstünə sürtgəcdən keçirilmiş zəncəfil və iki kiçik diş əzilmiş sarımsaq əlavə edin. Qaşıqla yaxşıca qarışdırın və 2-3 dəqiqə gözləyin. Sonda yarım limon sıxın. İsti çayı için. Sonda sürtgəcdən keçirilmiş zəncəfil və sarımsaqları da çeynəyə bilərsiniz.
Başqa alternativ: biraz su qaynadın və eyni formada zəncəfil və sarımsaq əlavə edib qarışdırın. Bunları 1-2 dəqiqə qaynadın və 1 dəqiqə gözləyin, sonda limon əlavə edin. Çayı içə bilərsiniz.
Əgər boğaz ağrısı şiddətlidirsə və keçməyən boğaz ağrısı varsa, həkimə müraciət edin.
Dyt. Serkan Sıtkı Şahin