Nanə çayı
Nanə çayı həzm sistemi üçün olduqca faydalıdır. Qaz və şişkinliyin qarşısını alar. Qəbizliyi nanə çayı ilə yox etmək mümkündür. Həzmsizlik və bulantı üçün də faydalıdır. Nanə çayı mineral və vitaminlə zəngindir. İmmuniteti gücləndirir.
Razyana çayı
Bağırsaqları yumşaldaraq qəbizliyin qarşısını alar. Razyana çayı ilə mədədəki şişkinlikdən və yeməkdən sonra yaranan narahatlıqdan xilas ola bilərsiniz.
Detoks çayları
Detoks çayları, tərkiblərindəki minerallar və vitaminlər sayəsində qəbizliyin qarşısını alar. Bədəndəki toksinləri atmağa kömək edər. Bu çaylar fərqli bitkilərin qarışımı ilə əldə edilir.