Boyunda, daha doğrusu boyun fəqərələri arasında və toxumalarında duz yığılması insanın zərərli vərdişləri və qeyri-düzgün həyat keçirməsi ilə bağlıdır. Yəni boyuna duz yığılması birbaşa insanın öz günahıdır.
Boyuna duz yığılması orqanizmdə su-duz mübadiləsinin pozulmasından qaynaqlanır. Bu pozulma təkcə boyuna duz yığmaqla kifayətlənmir, podaqra, ostexondroz, böyrəklərdə daş, oynaqlarda ağrı, öd daşları, damarlarda tıxanma yaradır.
Bədəndə duz kristalları zülal tərkibli qidaların çoxluğundan yaranır, yəni daha çox ət və ət məhsulları yedikdə, orqanizm bunu tam sona kimi həzm edə bilmir.
Bir gün ərzində çox miqdarda ət, toyuq, balıq, iç-çiyər yemək olmaz. Eləcə də tomat, pomidor, souslar, ədviyyatlar, xəmir məmulatları, duzlu qidalar,şoraba və s. Miqdarı normanı aşmamalıdır. Daha çox göyərti, tərəvəz salatları yeyilməlidir. Həmçinin yeməyi su içə-içə qəbul etmək olmaz.
Boyunda duz yığılmasının əsas əlamətləri:
Qulaqlarda küy, səs, qəfil yerindən qalxanda hərəkətlərdə koordinasiyanın itməsi, tez-tez başgicəllənmələr, görmədə duman, huşun itməsi, boyunu sağa-sola çevirəndə ağrı, baş ağrıları, yerişin dəyişməsi, boyunda ağrı, başda sıxılma, əzələlərdə zəiflik, qollarda uyuşma, keyimə, tez yorulma.
Müalicəsi fizioterapiya, masaj, qidalanma və rejimin dəyişməsi, bədəndən artıq duzların çıxarılmasına yönəlmiş terapiya, eləcə də bəzi xalq təbabəti metodlarını birlikdə tətbiq etməkdir.
Kompress:
Təzə kartofu sürtgəcdən keçirin. 30 qram kartofa20 qram təzə bal qarışdırıb, bu kütləni boyuna və çiyinə maska kimi yayın. Üzərindən kompress kağızı (aptekdə satılır) qoyub, isti bir şeylə sarıyın. Kompress 2 saat saxlanılır.
Zəncəfil mazı
Zəncəfilin tozundan 1 xörək qaşığı götürüb, əridilmiş yağla və ya arı mumu ilə qatıb, zəif odda 5 dəqiqə bişirirsiz. Oddan götürüb, soyudub, bura 3 ədəd əzilmiş sarımsaq qatırsız. Mazı ağzı bağlı kiçik qaba yığıb sərin yerə qoyun. Gündə 3 dəfə boyuna çəkib yüngülcə ovun. Sonra isti yun şal bağlayın.
Lobya suyu
Duzları lobya suyu da yaxşı çıxarır. 4 xörək qaşığı lobyanı 3 stəkan qaynar suda gecədən səhərə kimi isti yerdə saxlayın. Səhər onu süzüb,suyu gündə 250 -300 ml için, Bir qədər sudan kompress də edə bilərsiz. Kurs 12 gün.
medicina.az