C vitamini zəngin içkini sizə təqdim edirik.
Lazım olan ərzaqlar:
1 ədəd banan
1-2 ədəd xurma
1/2 ç/q təzə zəncəfil
1 y/q goji berry tozu
1/2 su st süd
2 mandalin
Hazırlanması
Bütün ərzaqları blenderdən keçirin və püre halına gətirin.
Şirinliyini artırmaq üçün xurma sayını artıra bilərsiniz. Bu içki digər smoothielardan daha şirindir.
Son olaraq da qarışıma soyduğunuz mandalinləri əlavə edin və qarışdırmağa davam edin.
Həm sağlam, həm də şirin içkinin dadını çıxarın.