Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən şüyüdün çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Dünya florasının tərkibində şüyüdün 3 növünə rast gəlmək olar. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda bir növü – ətirli şüyüd geniş surətdə mədəni halda həyətyanı sahələrdə əkilib becərilir. Şüyüd kəskin ədviyyə xüsusiyyətli tama malikdir. Bundan təzə, qurudulmuş və turşuya qoyulmuş halda istifadə edilir. Şüyüdün tam çiçək açmış yaşıl hissəsindən tərəvəz məhsullarının konservləşdirilməsində, ətirli sirkələrin hazırlanmasında geniş istifadə edirlər. Qurudulmuş şüyüd ət, balıq və tərəvəzlərdən hazırlanan xörəklərin tərkibinə qatqı kimi əlavə olunur.
Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsusiyyətini itirir. Xüsusi ətirə malik olduğundan bir çox xörəklərin - şorba, tərəvəz, kartof, balıq və ətdən hazırlanan salatların tərkibinə qatqı kimi əlavə olunur. Ondan pəhriz xörəklərinin hazırlanmasında da geniş istifadə edilir. Xalq təbabətində şüyüdün toxumlarından ödqovucu, qıcıqlandırıcı işlətmə vasitəsi kimi istifadə edilir. Otundan hazırlanan cövhərindən hipertoniya xəstəliyində işlədilir. Tozundan və yaxud toxumundan hazırlanan ekstraktından iştahagətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhərindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli yaraların müalicəsində istifadə olunur. Seleksiyaçı alimlərimiz tərəfindən şüyüdün bioloji və təsərrüfat əhəmiyyətinə görə yüksək qiymətləndirilən bir neçə tez və gecyetişən sortları əldə edilmişdir. Bundan başqa, onun az kəskin çiçək ətirli yeni formaları da alınmışdır. Efir yağının əsas tərkib hissəsini karvon və limonen təşkil edir. Bunun yaşıl kütləsindən yeyinti sənayesində geniş istifadə olunur. Onun yağı mikrob məhvedici əhəmiyyətə malik olduğundan tibbdə geniş istifadə olunur. Ətriyyat, kosmetika sənayesində, diş pastalarının hazırlanmasında komponent kimi, cövhərindən isə ağız nahiyələrinin dezinfeksiya edilməsində istifadə olunur. Şüyüd haqqında elmi məlumatlara orta əsr ədəbiyyatlarında da geniş məlumatlara rast gəlmək olar. Bu dövrlərdə yaşamış botaniklərdən Brunfel O. (1530), Fuks L. (1549), Mattioli R.A. (1554), Lobel M. (1576), Dodone R. (1583) şüyüd bitkisinin botaniki təsvirləri, eyni zamanda onun toxum və yarpaqlarının morfoloji quruluşları haqqında maraqlı məlumatlar vermişlər.
Bitkinin kimyəvi tərkibi. Şüyüdün tərkibindəki ətirli maddələrin zənginliyinə görə onun yarpaq, gövdə və toxumlarından xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir. Gövdəsinin formalaşma fazasında ondan yaşıl tərəvəz kimi geniş istifadə olunur. Şüyüd müxtəlif xörəklərin tamını, dadını yaxşılaşdırmaqla yanaşı, onları insan sağlamlığında mühüm rol oynayan C, B, B2, P, PP, foli turşusu, karotin, vitaminlərlə zənginləşdirir. Bu fazada yarpaq və gövdənin tərkibi çoxlu C və A (karotin) vitaminləri ilə daha zəngin olur. Yaz əkini zamanı alınan şüyüdün yarpaq və gövdələrinin tərkibində 51-128 mq%-ə qədər C, 3,6-8 mq%-ə qədər karotin maddələri aşkar edilmişdir. Bitkinin qönçə və çiçək açma fazasında C və karotin vitaminləri daha çox toplanır. Bir gündə 40-45 q şüyüd qəbul edən hər bir insan özünü C vitamininə olan gündəlik tələbaını ödəyə bilir. Bitkinin yarpaq və gövdəsinin tərkibindəki 7,74-14,04% quru maddə, 0,4-1,6% şəkər, 1,4-4,0 azotlu maddə aşkar edilmişdir. Şüyüdün yarpaqlarının tərkibindən 2,5% xlorigen üzvü turşusu müəyyən edilmişdir. İ.Bekker-Dilligenə görə, şüyüdün qurudulmuş yarpaq, çiçək və saplaqlarının tərkibində 83,84% su olduğu halda, gövdəsində –
83,54%, kökündə isə 77,80% su aşkar edilmişdir. 1 kq təzə yaşıl yarpağının tərkibində 847 q su vardır. Yarpaq və gövdəsinin tərkibindən zəngin vitamin qrupu müəyyən edilmişdir. 100 q xammalın tərkibindən 52-242 mq C vitamini, 3,0-2,8 karotinoid, 1,44 mq B1, 0,36 mq B2 (riboflavin), 0,36 mq B, nikotin turşusu (PP), 3,7 mq/q foliv turşusu, 2,3 mq/kq rutin və s. maddələr aşkar olunmuşdur.
Aparılan elmi tədqiqatlar nəticəsində flavonoid və piqmentlərin bitkinin daxilində gedən fizioloji proseslərdə oynadıqları rollardan söhbət açılır. 100 q xammalın tərkibində 78,1 mq xlorofil, 5,12 mq karotinoid, 6,54 mq lyutein, 3,61 mq violaksantin və s. maddələr müəyyən olunmuşdur. Şüyüdün yarpaq, gövdə, çiçəklərinin tərkibində kversetin, izoraninetin, kempferol, meyvəsindən kversetin flavonoidlərinin olduğu aşkar edilmişdir. 100 q yaş kütləsinin tərkibindən 4,3 mq Na, 335-K, 223-Ca, 70-Mn, 93-P, 1,6 mq Fe makro- və mikroelementləri tapılmışdır. Şüyüdün meyvələrinin tərkibindən q/kq olmaqla 10,8-K, 9,6-Ca, 4,4-P, 62-Na makro- və mikroelementləri təyin edilmişdir. Şüyüdün toxumlarının tərkibində olan Ca və Na miqdarı lobya və noxud toxumlarından toplanılan
Ca, Na miqdarından artıqdır. Toxumlarının tərkibində zəngin mineral maddələr aşkar edilmişdir. Belə ki, toxumunun tərkibindən mq/kq olmaqla 43-Mn, 33-Zn, 9,7-Cu, 0,56-Mo və s. makro- və mikroelementləri aşkar edilmişdir. Şüyüdün meyvəsi yağ almaq üçün ən qiymətli xammal hesab edilir. Bitkinin kökündən 2,46% yağ aşkar olunduğu halda, yerüstü hissəsindən 3,85%, meyvəsindən isə 14,63% yağ aşkar edilmişdir. Zülal, 15,5-18%) piyli yağ müəyyən edilmişdir.
Efir yağı. Şüyüdün kimyəvi tərkibinin əsas hissəsini efir yağı təşkil edir ki, bu da bitkinin orqanlarının iy və tamını müəyyən edir. Sankt-Peterburq şəhərinin Puşkin vilayətində əkilən şüyüdün 100 q yaşıl kütləsinin tərkibindən 300 mq efir yağı odluğu müəyyən edilmişdir. Bolqarıstanda əkilən şüyüdün yapaqlarından 1,74%, gövdəsindən 0,6% efir yağı tapılmışdır. Puşkin vilayətində əkilmiş şüyüdün meyvələrinin tərkibində 2,4-5,6% efir yağı aşkar edilmişdir. Y.N.Zarayskaya (1955) gorə, 1200 kq meyvənin tərkibindən 37,2 kq efir yağı əldə etmək olar. İ.Q.Kaplevin müxtəlif coğrafi iqlim şəraitindən gətirilmiş 41 şüyüdün forma və sortlarını analiz edərək müəyyən etmişdir ki, gövdənin formalaşmağa başladığı dövrdə onun tərkibində 0,32-0,84%), çiçəkaçma dövründə 0,85-1,44%, toxumlar südləşən zamanı 0,32-0,84, mərkəzi cətirində 1,56-2,52%, toxum yetişib başa çatdıqdan sonra 3,42-7,17% efir yağı toplandığı müəyyən edilmişdir. Bitkidə toxumların inkişaf ontogenezinin toxuma qədər keçən dövründə ən çox efir yağının toxumda toplandığı müəyyən edilmişdir.
Şüyüdün gövdə və yarpaqlarının tərkibində olan efir yağı rəngsiz və yaxud yaşımtıl-göy rəngli mayedən ibarətdir. Onların tərkibindəki efir yağının əsas hissəsinin 15-16%-ni karvon maddəsi təşkil edir. Meyvəsindən alınan efir yağının isə 40-60%-i karvon maddəsi, əsas tərkib hissəsi d-limonen, alfa-fellandren, α -pinen, dipepten, dihidrokarvon və s. ibarətdir. Şüyüdün tərkibindəki efir yağının miqdarı torpağın kimyəvi tərkibindən, əkildiyi coğrafi şəraitdən və s. asılıdır. Şüyüd bizim respublikamızın ən sevimli yaşıl tərəvəz və ədviyyat bitkisi sayılır. Bunun incə, zərif ətirə malik olması onun istənilən xörəyə – sup və salatlara, balıq və ət, fəsəli içinə, kəsmik və pendir məhsullarının tərkibinə qatılmasına səbəb olur və onların tərkibinə xoş ətirli və iştahgətirici tam verir. Ətirli yaşıl şüyüd isti buterbroda, qoğala, kökəyə, çiy içə, kartof və göbələkdən hazırlanan xörəklərin tərkibinə qatılır, onların tamını və dadını yaxşılaşdırır.
Həvəskarlar şüyüdü ədviyyat kimi dondurur, donuz piyini duzlamamışdan qabaq, kələm və müxtəlif balıqların tərkibinə qatılır. Xiyar, pomidor, kələm turşularının tərkibi şüyüdsüz keçməz. Şüyüd nəinki qiymətli tərəvəz və ədviyyat bitkisi olmaqla yanaşı, qiymətli dərman bitkisi də hesab edilir. Onun tərkibi makro- və mikro (Ca, Mn, Fe, P, Ci, Mg, So və s.) elementlərlə zəngindir. Bundan başqa şüyüdün
tərkibi C, B, B2, PP, P, karotin və s. kimi insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən vitaminlərlə də zəngindir.
Dərman bitkisi kimi onun otu, toxumu, ondan aman efir yağı da qiymətli müalicəvi təsirə malikdir. Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qaraciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəymədə, qarın ağrı larında, böyrək və sidik kisəsində olan daşların təmizlənməsində istifadə edirlər, şüyüdün toxumlarından alınan efir yağından iştahaçıcı, həzm sisteminin yaxşılaşdırılmasında,
qurdqovucu və sidikqovucu, köpmənin, podaqra və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Şüyüd suyu südverən qadınların südünün artırılmasında, orqanizmin immunnosisteminin gücləndirilməsində mühüm rol oynayır. Buna görə də infeksiyalı qrip xəstəliklərində şüyüdün dəmləmə və cövhərlərindən istifadə edirlər. Şüyüdün yaşıl hissəsi, stenokardiyada, piylənmədə, duz yığılmalarında, bronxit və qanazlığından əziyyət çəkən xəstələr üçün daha faydalı hesab edilir.
XƏBƏR LENTİ
Günün ulduz falı - 16.09.2013
Azərbaycan kəlağayısı Qeyri-maddi mədəni irs Siyahısına daxil edilə bilər
Yay aylarının ən faydalı meyvələri
Qeyri-adi hallarda görə biləcəyiniz şəkillər
5 ən qorxulu reklam çarxı...
Ürəyi infarktdan qoruyan 10 faydalı qida
Hər gün aldığımız bu qidalar xərçəng yaradır-SİYAHI
Mətbəx üçün praktik məsləhətlər
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Bu da yeni "iPhone"
Toxumağı öyrənək. Dərs-3
Dahilərdən gözəl sözlər-9
Cizgi filmləri xatırladan kafe
Uşaqlar üçün ad günü tortları
Zərif xanımlar üçün gecəliklər
Nişan şirniyyatları
Ah, qadınlar!
1 sözdən ibarət kitab
Sıla YENİ İMİCDƏ-FOTO
Kadırov bütün müsəlmanların əvəzinə sərt cavab verdi
Şəhidimizin ailəsinə yazdığı son məktub
Bulvarda 15 gün "Lazer şou" olacaq
Qızımıza yubka hazırlayaq
İtə ataram, yada satmaram !
Dərini cavanlaşdıran maska
Hava haqqında - 13.03.2014
Saçını yığmağı sevənlər üçün saç modelləri
Sürücülərin nəzərinə: 4 gün qaldı
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Putin İrəvanı susdurdu
"Instagram"da Yeni TƏLƏB
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Mayli Sayrus onunla bir evə köçdü
Uşaqların öz məhkəməsi olsun
Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
Arıqlamaq üçün səhərlər nə yeməli?
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Gözəlliyi ilə seçilən quşlar
Küçə rəssamının əlvan velosipedləri - FOTO
ÇÖKDÜRMƏ KABABI
Bulvarda yeni attraksionlar
Kral Oksanadan boşandı-SƏBƏB
Sadə çantaya dekorasiya vermək
Eşqə oyanmaq
Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır - VİDEO
- ŞƏRHLƏR