Yer üzündə hər bir nemətin bir faydası xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.
Kəklikotunu qaynadıb qarqara etmək dilin ağırlaşması və keyləşməsinə yaxşı kömək edir. Kəklikotunu çeynəyəndə diş dibini möhkəmləşdirir, ağız boşluğundakı xoraları müalicə edir. Nanə yarpağını dilə sürtdükdə xora səpintilərinə yaxşı təsir göstərir.Nar çiçəyini qaynadıb ağız boşluğunu qarqara etmək, dişin dibini bərkidir və qanaxmanı kəsir. Diş ağrılarını kəsmək üçün tutun yarpaq və qabığını
qaynadıb qarqara etmək yaxşı nəticə verir. Diş ağrısını kəsən vasitələrdən biri də qənd yanığıdır. Bu zaman qəndi od üzərində əridərək ona bir qədər döyülmüş qara istiot qatıb və sonra dişin oyuğuna qoyurlar. Bu üsul ağrıları kəsir.
Diş ağrısını keyləşdirici vasitə kimi batabat toxumundan da istifadə etmək yaxşı nəticə verir. Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməli, müntəzəm olaraq limon və ya limon şirəsi işlətməlidirlər. Zəfəran ürəyi və mədəni qüvvətləndirir. Ürək zəifliyi zamanı kök, çuğundur, başqa tərəvəz və göyərtilər işlətmək məsləhət görülür. Qızılgülün suyunu içmək ürəyi möhkəmləndirməklə
yanaşı ürək döyüntüsünü də azaldır, gülab içmək bütün daxili orqanlar üçün faydalıdır. Ürək döyüntüsü üçün ən yaxşı dərman kərə yağı və becə balı məsləhət görülür.
Təngnəfəslikdə dəvə südü ən yaxşı dərman hesab edilir. Buna qarşı müalicədə heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir. Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir. Ürəkkeçmə zamanı süsən iyləmək məsləhətdir.
Ürəkkeçmə zamanı turş narı sıxıb, yarısı qədər şəkər qataraq, süzgəcdən keçirib istifadə etmək məsləhətdir. Ürəkkeçmədə bal şərbəti içmək məsqədəuyğundur. Qanazlığı üzüm və üzüm şirəsi işlətməklə müalicə olunur. Qanazlığı olanlara çiyələk vaxtı hər gün 300-500 qr
çiyələk yemək məsləhətdir. Qanazlığı üçün gündə acqarına 2 fincan yerkökü şirəsi içmək, xurma yemək məsləhətdir. Ümumi bədən zəifliyi olanlara kəklikotu vannası qəbul etmək məsləhətdir. Bel fəqərələrinin küt, kəskin ağrıları üçün sarımsaqdan hazırlanmış məlhəm sürtmək də rahatlıq yaradır. Qan dövranının pozulması və qanın tərkibinin dəyişməsi hallarında bir baş sarımsaq işlətmək müsbət nəticə
verir. Səhərlər acqarına böyürtkən yemək və bir stəkan yerkökü şirəsi içmək məsləhətdir. Noxud təmiz qan yaradır. Sıxılıb qaynadılmış arpa suyu təmiz qan yaratmaqda ən münasib vasitələrdəndir. Qan təzyiqini tənzimləmək üçün turş və turşməzə alma yemək, şirəsini içmək məsləhətdir. Sarıkök işlətmək qaraciyər xəstəlikləri üçün məsləhət görülür.
Limon şirəsi öd kisəsinin şişini götürür. Bir həftə səhər-səhər çimdikdən sonra limon şirəsini azacıq qaynanmış suya qataraq içmək böyrək ağrılarını aradan qaldırır. Turp yemək böyrək ağrılarını sakitləşdirir. Sidik kisəsi ağrısı zamanı bağayarpağının özünü və kökünü dəmləyərək şərbətlə işlətmək məsləhətdir. Zoğal və ya zoğal qurusu yemək, həm qan təzyiqini tənzimləyir, həm də odu sakitləşdirir, susuzluğu yatırır. Təzə arpanın qaynanmış suyu təmiz qan yaratmaqla bərabər qan təzyiqini tənzimləyir, odu və susuzluğu yatırır. Balqabaq turşusu qan təzyiqini tənzimləyir və odu sakitləşdirir. Qurut qan təzyiqi və odu tənzimləyir. Nar çiçəyini qaynadıb bal ilə qarışdırıb, hər səhər bir qaşıq udmaq sinəni bəlğəmdən təmizləyir. Yasəmən çiçəyinin də sinəni, bəlğəmi təmizləmək və yumşaldıcı xassəsi vardır.
Moruğu bal ilə qarışdırıb yemək sinə üçün çox faydalıdır. Faydalı vasitələrdən biri də limon şərbətidir. Limonu qabığı ilə birlikdə doğrayıb bir litr qaynar suda iki saat saxladıqdan sonra, bir qədər şəkərlə şirin edilər. Gündə üç fincan isti limon şərbəti içmək temperaturu aşağı salmaqla, bədənin müqavimətini xeyli gücləndirir.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)
Qeyd edim ki, verilən məsləhətləri həkim nəzarəti olmadan sınaqdan keçirməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qonaq otağı dizaynları
Arısız da bal olur
Yatın, amma fil qulağında yox...
İnsan orqanizminə dağıdıcı zərbə: əsəb
Bananlı pambıq tort (foto-resept)
Havaların dəyişməsi xəstəlik yaradır
Bədən üçün qəhvə və şəkər skrabı
Prezident şəhidləri andı
Dəbli çanta modelləri
Günün ulduz falı
Dünyanın ən çoС… qazanan klubları
Bürclərə görə sağlamlıq məsləhətləri
Gədəbəydə sirli su: içən ölür
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Dünyanın ən əlvan, amma kədərli dəfni
Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya
Beyni 4 günə pozan qidalar
Ermənistanın hərbi cinayətləri QHT-lər ayağa qaldırdı
COVID-19 testindən keçənlərə 300 dollar VERİLƏCƏK
"Sirli" toyuq (foto resept)
Bakıda daha bir park istifadəyə verildi
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Almaniya haqqında maraqlı faktlar
Olga Nasakovadan möhtəşəm tortlar
Göz yaşı
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Saçlarımızı yuyarkən etdiyimiz səhvlər
Səlahəddin Dəmirtaşa cinayət işi açıldı
Beren Saat və Kənan Doğulu da Bengünün toyunda iştirak edib-FOTO
H&M 2012 ci-ilin yaz modası
Kerem Bursin Hande Erçellə münasibətindən danışdı
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Qatil ermənidən etiraf
Paşinyana sui-qəsd hazırlanıb
Bayram günü 26Лљ isti olacaq
Böyük pullara hazır olun
Doğuşdan sonra necə qidalanmalı?
Avtoşların işi çətinləşir: yeni cəzalar
İndoneziyada güclü zəlzələ olub
Sarkisyan mühasirədə
Gəlinliklər
Papa Bakıya gəlir - polis hazırlığa başladı
Özünü disney qəhrəmanlarına bənzədən qız
Qüsursuz dəri üçün 3 meyvə maskası
Nişanlılar üçün qoşa üzüklər
Rəngarəng çantalar
Meriya Bakıya gətirilən güllərdən xəbərsizdir
- ŞƏRHLƏR