Qaraciyərin təmizlənməsi
Yarım kilo qıtıqotu
100 qr bal
1 litr su
Bunları bir-birinə qarışdıraraq ağzıbağlı halda 1 sutka saxlayın.Sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. Əgər qan təzyiqiniz aşağıdırsa,o zaman 100 yox 400 qr bal əlavə edə bilərsiniz.Bu vasitəni qaraciyərdən əziyyət çəkən hər bir şəxs edə bilər.Heç nə itirməyəcək,əksinə sağlamlığınızı bərpa etmiş olacaqsınız.
Əl revmatizmi
Tünd rəngli butulka
Yasəmən çiçəkləri
Müəyyən miqdarda araq
Tünd rəngli butulkaya istədiyiniz qədər yasəmən çiçəkləri tökərək,üzərinə araq əlavə edib,2 həftə saxlayın.2 həftədən sonra məhlulu süzərək,ağrıyan nahiyyələrinizi yatmazdan əvvəl masaj edin.Müalicə müddəti 3 həftədir.Sizi narahat edən əl ağrılarınızdan birdəfəlik yaxa qurtarmış olacaqsınız.
Qlaukomanın müalicəsi
1 xörək qaşığı qurudulmuş itburnu meyvəsi
2 stəkan qaynar su
Suyu itburnunun üzərinə tökərək,zəif odda 10 dəqiqə qaynadın.2-3saat saxlayıb süzün.Bu dəmləmədən gündə 3-4 dəfə yeməkdən sonra 50-100 ml qəbul edin.Və sonra ağzınızı ilıq su ilə yaxalayın.
Ana südünün artırılması
1 stəkan süd
1çay qaşığı cirə
Su buxarında adi südü qızdırın ki,süd qatılaşsın.Daha sonra südün üzərinə 1çay qaşığı cirə əlavə edin.Uşağın yemək vaxtından yarım saat əvvəl bu südü için və 20 dəqiqə ayağınızı vanna edin.
Ödün müalicəsi
Zəncirotu yarpaqları
1-2 ədəd yumurta
Zəncirotu ödün dərmanıdır.Bu bitkinin təzə yarpaqlarını 10-15 dəqiqə duzlu suda saxlayın.Sonra acı suyunu sıxıb üzərinə suda bişmiş 1-2 ədəd yumurta əlavə edib qarışdırın.Yumurta xırda-xırda doğranmalıdır.Salatı hər gün hazırlamaq şərtilə 10-15 gün yemək lazımdır.Bu salat öd kisəsinin bütün problemlərini həll edəcək,habelə bu balaca orqanın fəaliyyətinin aktivləşməsinə kömək edəcəkdir.
Göz ətrafındakı qara kölgələrə əlvida
Cəfəri
Müəyyən miqdarda təzə cəfərini götürüb, sıyıq şəklində əzərək,gözlərinizin altına sürtün.30 dəqiqə saxlayaraq,südə batırılmış pambıqla silin.Proseduru 1 həftə davam etdirin.Gözünüzün altındakı qara tonlu kölgələrdən azad olacaqsınız.
Ürəyin dərmanı
10 ədəd təzə cəfəri yarpağı
1 litr ev çaxırı
2 xörək qaşığı təmiz üzüm sirkəsi
300qr təmiz bal
10 ədəd təzə cəfəri yarpağının üzərinə 1 litr ev çaxırı-qırmızı ya ağ fərq etməz və 2 qaşıq təmiz üzüm sirkəsi əlavə edib,10 dəqiqə vam odun üzərində qaynadın.Amma ehtiyatlı olun qarışıq odun üzərində çox köpüklənir.Sonra odun üzərindən götürüb üzərinə 300qr təmiz bal əlavə edib yenidən odun üzərinə qoyub 4-5 dəqiqə yaxşıca qaynadın.Alınan məhlulu isti-isti şüşə butulkalara doldurun.Gündə 4-5 xörək qaşığı qəbul edə bilərsiniz.Heç bir ziyanı yoxdur.Ürəyində problem olan insanların köməyinə gələcək.
Piylənmə zamanı
Balqabaq
3-4 ay hər gün yarım stəkan balqabaq şirəsi için.Bu şirə orqanizmdən artıq mayeni çıxaran və piylənmənin tamamilə qarşısını alan yeganə faydalı şirədir.
Ayaq şişməsinə,ağrılarına son
Sarımsaq
Su
1 xörək qaşığı əzilmiş sarımsağı 5 dəqiqə ərzində 2 stəkan suda bişirin.Sonra məhlulu soyudub,süzün.Hər gün yerinə yetirmək lazımdır.Səhər və axşam.Ayaq şişlərinin, ayaq ağrılarının aradan qaldırılmasına yardım edən mükəmməl məhluldur.
Üzdəki ləkələrdən,çillərdən asan xilas yolu
3 yumurta
1/3 stəkan qaynanmış su
3 ədəd çiy yumurtanı 1/3 stəkan qaynanmış su ilə çalın.Tamam çalınıb eynicinsli kütlə halına düşəndən sonra bu məhlulu üzdəki və əllərin üstündəki piqment ləkələrə çəkin.Ləkələr tam gedənə qədər hər gün təkrar edin.
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR