Qadin.NET / Körpələr qrip olanda nə etməli?

Körpələr qrip olanda nə etməli?

Körpələr qrip olanda nə etməli?

Körpələrdə soyuq dəymə ümumilikdə qızdırma ilə özünü göstərir. Qrip isə ani qızdırma qalxması, şiddətli öskürmək, burun tutulması və gözlərdə qızarma ilə bilinir. Mütəxəsis Burçin İşcan, ana südünün immunitet sistemini dəstəkləyən ən vacib qida olduğunu bildirdi:

Körpələr qrip olanda nə etməli?

Ana südü soyuq dəyməni müalicə edən ən təsirli dərman

Ana südü ilə qidalanmaya davam edən körpəni immunitet sistemi daha güclü olur. Bu səbəblə mütəxəsislər xəstəlik vəziyyətində ana südü ilə qidalanmanın mütləq davam edilməsinin vacibliyini bildirirlər.

Körpələr qrip olanda nə etməli?

Qrip olan ana əmizdirməni dayandırmalı!

Qrip olan ana müəyyən qaydalar çərçivəsində əmizdirməni dayandırmalıdır. Əgər ana qrip və ya soyuq dəymə kimi bir infeksiya keçirirsə, körpəyə keçməsinin qarşısını almaq üçün əl yuma və maska taxma kimi qoruyucu tədbirlər alaraq körpəni əmizdirməni dayandırmalıdır.

Körpələr qrip olanda nə etməli?

Otaq istiliyi vacibdir

Ailələr körpə və kiçik uşaqlarını soyuqdan qorumaq üçün qalın geyindirməyi yoxlayırlar. Ancaq biz körpəni qalın geyindirməyi məsləhət görmürük.  22-24 dərəcə ideal bir otaq istiliyidir. Həddindən artıq isti otaqda nəm miqdarı azalacaqdır və quruyan hava körpənin tələffüz yollarını qurudaraq burun tutulmasına səbəb olacaqdır.

Körpələr qrip olanda nə etməli?

Nazik adyalla örtün!

Analara tövsiyəmiz, öz geyindiklərindən bir qat artıq körpələrinə geyindirməməsin və körpə yatarkən qalın adyalla üstlərini örtməsin. Xüsusilə də, qızdırması olan uşaqları qalın geyindirir və üstünü örtür.

18 fevral 2018
GO BACK