Qadin.NET / Tərləmək uşaqlarda səpki yarada bilər

Tərləmək uşaqlarda səpki yarada bilər

 

Tərləmək uşaqlarda səpki yarada bilər

 

Səpkilər hər yaş qrupunda rast gəlinən bir dəri problemidir. Amma söhbət uşaqlardan gedirsə, vəziyyət bir qədər ciddidir. Səpkilərə bir qayda olaraq körpənin doğulduğu ilk aylarda təsadüf edilir. Ailəsində astma, çil, səpkisi kimi allergik problemi olan uşaqlar bu baxımdan daha riskli olurlar. Xüsusilə də körpələri qat-qat geyindirmək tərləməyə səbəb olduğundan səpkilərə yola aça bilər. Pediatr Gönca Özmen uşaqlarda səpki probleminin səbəbləri və müalicəsi haqqında fikirlərini bölüşüb.

Səbəb tam olaraq bilinmir

Körpə vaxtlarda rast gəlinən allergik səpki, yəni atopik dərinin səbəbi tam olaraq bilinmir. Amma bəzi qidalar, kimyəvi tərkibli əşyalar, sabunlar, yuyucu tozları, kosmetik kremlər, yun geyimlər allergiyaya səbəb ola bilir. Səpki xəstəliyi nadir də olsa, irsi xəstəlik hesab olunur. Ailəsində astma, göbələk, səpişik kimi qaşıntı problemləri olan uşaqların bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

5 yaşına qədər keçir

Körpələrdə səpkilər yeni doğulan uşaqlarda daha çox rast gəlıinir və adətən 5 yaşına qədər təsadüf edilə bilər. Ancaq bəzi körpəlkərdə bu yaşdan sonra da allergik problemlərə rast gəlmək olur.

Ilk öncə yanaqlardan başlayır

Səpkilərə körpələrdə ilk öncə yanaqlardan başlayır. Civzələr daha sonra bədənin digər nahiyələrinə də yayıla bilir. Ayaqlar, qollar, kürək, alın, qulaq arxası və yanaqlarda daha çox rast gəlinir. Qaşınma körpənin dərisində qızartı, qabıqlanma və səpişik yarada bilir. Dəridə yerləşən bu civzələr vaxt getdikcə qanaya da bilir. Allergiyası olan uşaqlarda şiddətli qaşınma və yanma hissi olur. Buna görə də diqqət edin ki, uşaqlar üzlərini qaşıyarkən dərini zədələməsinlər əks tədqirdə infeksaiya qapa bilərlər.

 

Tərləmək uşaqlarda səpki yarada bilər

 

 

Körpənin dərisin kobudlaşdıra bilər

Səpkiləri xəfif və orta səviyyədə görülən körpələrdə müntəzəm dəri qulluğu və təmizliyi edilsə fəsadları azala bilər. Yuyundurduqdan sonra qızartı yaranan yerlərə qoxusus, uşaqlarçun olan kremlərdən sürtməlisiniz. Əgər körpənin qaşıntısı artırsa iliq su ilə dərisi rahatlana bilər. Amma səpkiləri çox olan körpələrdə antibiotik və ultraviyola işıq müalicəsi edilməlidir. Bununla yanaşı körpədəki səpişiyin səbəbi ola biləcək qidalar seçilərərk pəhriz proqramı tutulmalıdır. Körpələrdəki allergiya müalicə olunmazsa və ya gecikdirilərsə körpənin dərisində kobudlaşma və çatlama kimi problemlər görülə bilər.

Bunları mütləq nəzərə alın:

Körpəni tərlədən paltarlar geyindirməyin. Xüsusilə də uşağın paltarlarını seçərkən pambıq materiallı geyimlərə üstünlük verin.

Paltar körpənin bədənin sıxmamalı və geydirilmədən əvvəl mütləq yuyulub ütlənməlidir.

Uşağı üst-üstə geyindirməyin, yoxsa tərləyər. Mümkün olduğu qədər uşağı adi su ilə yuyun. Əl, ayaq, gental bölgələr kimi tez-tez çirklənən yerləri sabunla yumaq vacibdir təbii ki.

Tərkibində qoxu olan yuyucu toz və təmizlik məhsullarından istifadə etməyin.

Inək südü ilə qidalanan körpələr xüsuslə risk daşıyır

Körpələrin qidalanması da allergiyaya təkan verə bilir. Aparılan araşdırmalar nəticəsində ana südü ilə qidalanan körpələrin səpkilərə daha az yoluxduğu təyin olunmuşdur. Inək südü ilə qidalanan körpələrdə isə allergiyaya daha çox rast gəlmək olar. Bu səbəbdən də, mümkün olduqca körpələrin ana südü ilə qidalanmasını məsləhət görürük. Əgər körpənin ana südünə allergiyası varsa, belə vaxtlar ana süd və süd məhsullarından uzaq durmalı, və qidalanmasına diqqət yetirməlidir.  

7 iyun 2015
GO BACK