Qadin.NET / Qusan körpəyə nə etməli?

Qusan körpəyə nə etməli?

Körpələrdə və uşaqlarda tez-tez rast gəlinən qusma əhəmiyyətli xəstəliklərin xəbərçisi ola bilər. Bu xəbərimizdə qusan körpələrdə nələrə diqqət edilməsi lazım olduğunu izah edəcəyik.

Qusan körpəyə nə etməli?

Qusma növlərini necə ayırd edək?

Valideynlər təcili müdaxilə tələb edən qusmaları tanımalıdır. Qusmaları bir-birindən ayırd edə bilməyən valideynlər üçün körpənin tez-tez qusduğu ilk aylar olduqca stresli keçə bilər. Bu aylarda normal qusmalarla yanaşı hər hansısa bir xəstəliyin əlaməti olan qusma meydana çıxa bilər. Körpə qanlı qusursa, qusmağa şiddətli bir qarın ağrısı da yoldaşlıq edirsə, qarnında qabarıqlıq varsa, yüksək qızdırma vardırsa, vaxt itirmədən müdaxilə edilməlidir.

Qusmanın qarşısını almaq üçün nə edə bilərəm?

Körpəni qidalandırdıqdan sonra dərhal uzandırmayın, mümkün olduqca dik tutmaq çalışın. Bu, qusmağa maneə törədəcəkdir. Körpənin həddindən  çox doyuzdurulması qusmağa səbəb olacağından çox qidalandırmamaq lazımdır. Bunun əvəzinə tez-tez, amma az qidalandırmaq məsləhətdir. Ağlayarkən əmizdirmək körpənin hava udmasına səbəb olacaq. Qusmanın qarşısını almaq üçün ağlaması dayandıqdan sonra əmizdirmək lazımdır.

Qusan körpəyə nə etməli?

Körpə qusursa, nələrə diqqət etmək lazımdır?

Körpələr qidalanma əsnasında ağızlarında qalan qidanı sonradan çıxarda bilərlər. Bu çıxartma qusma şəklində deyil, daha çox sızıntı şəklində reallaşar. Sızıntı şəklində reallaşan bu çıxarmalar körpə 1 yaşını keçmədən öz-özünə keçib gedər.

Normal bir qusmağı xəstəlik işarəsi olan bir qusmadan ayıran ən əhəmiyyətli faktor: qusmanın şiddəti, zamanı və miqdarıdır.

Yemək borusuyla mədə arasında olan qapaqcığı tam olaraq inkişaf etmədiyi üçün yeni doğulan körpələrdə artıq verilən qidalar qusma yolu ilə bədəndən atılırlar. Bu tip qusmalar körpənin yaşı irəlilədikcə ortadan qalxacaq.

Fışqıraraq qusma xəstəlik əlaməti ola bilərmi?

Yeni doğulan körpələrdə ilk 48 saat ərzində görülən şiddətli qusmalar həzm sistemi ilə bağlı bir xəstəliyə işarə ola bilər. Çətinliklə qusan körpələrdə mədə bulantıları və öyümələrdə ola bilər. Həzm sistemi narahatlıqları ilə yanaşı mədə darlığı da fışqıraraq qusmağa səbəb ola bilər.

Qusan körpəyə nə etməli?

Qusan körpələri necə yatızdırmalı?

Bəzi valideynlər körpənin qusaraq  boğulması qorxusu üzündən körpələrini arxası üstə yatızdırırlar. Arxa üstə yatanda körpənin qusaraq boğulması riski olduqca azdır və üzü üstə yatış mövqesində ani körpə ölümləri sindromu riski çox yüksəkdir. Körpələr gün ərzində diqqət edilərək üzü üstə yatızdırıla bilər, başları və bədəni fərqli istiqamətlərə çevrilə bilinər. Ancaq yuxu saatlarında mövqe olaraq arxa üstə məsləhətdir. Yetkinlərə nisbətən daha müdafiəsiz olan körpələr qusmaqlarını - ana südünü ya da suyu sürətlə uda bilir və öskürərək geri itələyə bilərlər.

Körpələrin ilk 3-4 aylıq dövrlərində qusaraq boğulma riski var. Bu risk 3-cü aydan etibarən gedərək daha da azalır. Mütəxəssislər bu riski ilk 3 ayda ən aza endirmək üçün valideynlərə körpələrini arxa üstə və yan mövqedə yatırmalarını məsləhət görürlər.

17 iyun 2015
GO BACK