Ağızda qurulu və halsızlıq gün vurmasının göstəricisidir
Tətildə uşaqlar vaxtlarının çoxunu açıq havada keçirir. Günəşin qızmar vaxtında gün vurması hallarına daha çox rastlanır. Uzun müddət günün altında qalmaq maye itkisinə səbəb olur. Gün vurmadan şübhələnirsinizsə, bunlara diqqət etməlisiniz.
- Ağızda quruluq
- Halsızlıq, yorğunluq
- Baş ağrısı
Gün vurma zamanı maye qəbulu artırılmalıdır
Günorta saatları riskin ən çox olduğu vaxtlardır. Yuxarıda göstərilən hallar varsa və gün vurmadan şübhələnirsinizsə, uşağı sərin yerə aparıb istirahət etməsini təmin edir. Uşaqlar az-az və tez-tez qidalanmalıdır. Maye qəbulu artırılmalı və baş ağrısını ifadə edə bilən uşaqlara ağrı kəsici verilə bilər. İlıq su ilə duş almaq da faydalıdır.
Gigiyenik olmayan qidalar həzm sistemini poza bilər
Yay ayların su qəbulunun çox olması mədə turşusunu seyrəldə bilir. Yaxşı yuyulmamış qidalarda olan mikroblar bağırsaqlara keçər. Bu halda bağırsaqlarda mikroblar çoxaldığı üçün ishal və ya qusma yaranar. Alınan mikrobun növünə görə qanlı ishal və qızdırma ola bilər. Vaxt itirmədən həkimə gedin.
Gənə riski
Yay aylarında gənə təhlükəsinin qarşısını almaq vacibdir. Xüsusilə, otluq ərazilərdə keçirilən vaxtdan sonra dəriyə qara nöqtənin yapışdığını gördükdə mütləq həkimə getmək lazımdır. Dəriyə yapışan gənə qanla qidalanaraq gedərək böyüyər. Gənə dişlədiyi vaxt ən qorxulu xəstəlik olan "Kırım Konqo Qanaxmalı" qızdırma xəstəliyinə tutulma ehtimalı var. Amma hər gənə bu mikrobu daşımaz.
Tərcümə: Ustaclı