Uşağın immunitet sistemini gücləndirmək üçün...
- Körpə doğulandan sonra peyvəndlərini göz ardı etməyin.
- İlk altı ay ancaq ana südü verin, ən az 2 yaşın sonuna qədər də ana südü verə bilərsiniz.
- Davamlı və tez-tez əl yumaq vərdişi qazandırın.
- Sağlam və nizamlı qidalanmağa diqqət edin.
- Bol maye qəbul etməsini təmin edin.
- Nizamlı yuxunu göz ardı etməyin.
- Siqaret dumanından uzaq tutun.
- Xəstə insanlardan və uşaqlardan uzaq saxlayın.
- Mövsümə uyğun geyindirin.
- Yaşına uyğun idmanlarla məşğul olması üçün şərait yaradın.