Qadin.NET / Bu hallarda körpəni həkimə aparın

Bu hallarda körpəni həkimə aparın

 

Qidalanma zamanı tez yorulma

Yeni doğulan körpələrdə ana südü alma zamanı tez yorulma, tərləmə və kifayət qədər əmmirsə, həkimə göstərməkdə fayda var. Körpənin ilk həftələrdə hərəkətlərinin əsasını süd əmmə təşkil edir. Qidalanarkən tez yorulursa, ürəyi ilə bağlı problem ola bilər. 

 

Bu hallarda körpəni həkimə aparın

 

 

Nəfəs alma

Yeni doğulan körpələrin nəfəs alıb vermə tezliyi dəqiqədə təxminən 60 dəfə olur. Bu rəqəm uşaqlıq dövründə 30-a, gənclik və yetkinlik dövründə isə 20-yə düşər. Əgər körpənizdə tənəffüs yolu problemləri yoxdursa, həddindən artıq sürətlə nəfəs alıb verirsə, ürək sağlamlığında problem ola bilər.

 

Bu hallarda körpəni həkimə aparın
 

Həddindən artıq tərləmə

Tərləmə bədənin temperaturunu nizamlayan mexanizmadır. Həddindən artıq tərləmə yetkin insanlarda bir çox səbəb bağlı ortaya çıxa bilər. Amma yeni doğulan körpələrdə diqqət edilməli olan problemdir. 

 

Bu hallarda körpəni həkimə aparın

 

 

Dəridə rəng dəyişikliyi və göyərmə

Anadangəlmə ürək xəstəlikləri zamanı bəzi dəridə mavi rəng dəyişikliyinə səbəb ola bilər. Doğuşdan sonra davam edən aylarda gedərək artan dəridə mavi rəng və ya dodaq, barmaq ətraflarında göyərmə kimi hallar müşahidə edilə bilər.

 

Bu hallarda körpəni həkimə aparın

 

 

26 yanvar 2020
GO BACK