Kif ağciyərdə iltihaba səbəb olur
Evdə qurutmaq, evdəki nəmi 30% artırır. Otaqda nəmin artması asma və xroniki ağciyər xəstəliyinə təsir edir. Nəm kif göbələyini ortaya çıxarır. Bu infeksiyaya və ağciyər xəstəliklərinə səbəb olur. İmmunitet sistemini zəiflədir.
İstifadə olunmayan otaqda qurudulmalıdır
Paltarları evdə qurutmayın, pəncərədə və ya az istifadə edilən otaqda qurudun. Evdə qurudulan paltarlar divarlarda rəng dəyişikliyinə və pis qoxuya səbəb ola bilər. Paltarları evdə qurutmağa məcbursunuzsa, az istifadə edilən otaqda qurudun.
Qoxulu yuyucu tozundan uzaq olun
Xüsusilə, asma xəstələri və xroniki bronxit xəstələri üçün təhlükəlidir. Kəskin qoxu səbəbi ilə xəstələrə zərər vura bilir. Qoxulu yuyucu tozları xəstələrdə istiliyə, öskürəyə, nəfəs darlığına səbəb olur.