1. Ayaqlarda və ya baldırda şişmə
Ayaqlarda şişkinlin uzun müddət ayaq üstdə dayanmaqdan yaranır, eyni zamanda bir çox xəstəliyin simptomudur. Bu şişlik ürək xəstəlikləri, damarlarla bağlı problemlərin və ya qaraciyərlə bağlı problemlərin göstəricisi ola bilər.
2. Ayaq barmaqlarınızın göy və ya bənövşəyi rəng olması
Çox üşüdükdə ayaq barmaqlarınızda göyərmə olması normaldır. Ancaq bədən istiliyiniz normaldırsa, ayaq barmaqlarınız göyərirsə, xolestrin embolizasyon sindromu yaşıya bilərsiniz.
3. Ayaq barmaqlarında ağrılı yumruların olması
Ağrılı yumrular anidən inkişaf edə bilər və bir neçə saat ilə gün ərzində özünü göstərə bilər. Bu halları görməzdən gəlməyin, həkimə baş vurun. Yumrular bakteriyalardan qaynaqlandığı üçün infeksiya səbəbi ola bilər.
4. Ayaqlarda açıqlanmayan göyərmə
Gün ərzində ayaqlarınızı zədə vura bilərsiniz, zədə vurduğunuz bölgə göyərə bilər. Əgər hər hansı zədələnmə halı olmadığı halda göyərirsə, qaraciyər xəstəlikləri, qan damarlarının iltihabı, qanaxma kimi problemlərdən qaynaqlana bilər.
5. Ayaqlarda qırmızı töküntülər
Dəri töküntüləri yayılmış xəstə şikayətlərindəndir. Bu ləkələr parlaq qırmızı, tünd qırmızı hətta bənövşəyi ola bilər. Bəzi hallarda, qaşıntı ola bilər. Bu hal alergiya kimi dəyərləndirilir. Digər hallarda qan damarlarının iltihabı, lupus və ya revmativ atrit kimi ciddi xəstəliklərin göstəricisi ola bilər.