Qadin.NET / P vitaminin faydaları

P vitaminin faydaları

 

P vitamini nədir

P vitamini bədəndəki damarların quruluşunu qoruyur. Təbiətdə saf halda sarı rəngdə yayılıb. Suda həll olur. C vitamininə oxşar xüsusiyyətləri var. Çatışmazlığı zamanı əzələlər və baldırlarda kramplar meydana gəlir. Eyni zamanda şişmə, damarlarda yırtılma halları müşahidə edilir.

 

P vitaminin faydaları

 

 

P vitaminin faydaları

 

Bilinməyən faydaları

 

- P vitamini dərinin elastikliyini təmin edər, şəkər xəstəliyi ilə bağlı problemlərin, hemeroid, varis, diabetik qanaxmaların, diş əti qanaxmalarına fayda verər.

 

- Soyuqdəymə zamanı C vitamini ilə birlikdə təsirlidir. C vitamini okside olmaqdan qoruyar, C vitaminin təsirini artırar.

 

- Oynaqlarda şişməyə və iltihaba, astmaya və alergik hallara faydası var.

 

P vitaminin faydaları

 

- D vitamini ilə birlikdə menapozda, beyin qanaxmasında, radiyasiya təsirlərini azaltmaqdan faydalı olduğu düşünülür.

 

- P1 vitaminin təzyiqi salıcı təsiri var və qüvvətli antioksidantdır.

 

Yaşlanmanı gecikdirir

P vitamini dəridəki kollageni də qoruyaraq yaşlanmanı gecikdirir. Yaşlandıqda bədəndə kollagen istehsalı azalır. Gənc görüntünü təmin edən maddə sayılır.

 

P vitaminin faydaları

 

Hansı ərzaqlarda P vitamini var?

Kahı, təzə bibər, yer fıstığı, yumurta, kividə, soğan, quşburnu, ispanaq, kələm, yaşıl çay, limonda P vitamini var.

 

P vitaminin faydaları

 

3 dekabr 2019
GO BACK