Qadin.NET / Oynaq ağrılarını azaldan üsullar

Oynaq ağrılarını azaldan üsullar

 

1. Kalsium və D vitamini ağrını azaldır

D vitamini oynaq ağrılarına sağaldıcı təsir göstərir. Kalsium və D vitamini sümükləri gücləndirdiyi üçün oynaq ağlarını da azaldır. D vitamini və kalsium birlikdə qəbul edildikdə xəstəliyi müalicə etmir, ancaq ağrını azaldır.

 

Oynaq ağrılarını azaldan üsullar

 

 

2. Antioksidant tərkibili pəhriz oynaq iltihabını azaldır

Həkimin tövsiyə edəcəyi uyğun pəhriz oynaq ağrısını azalda bilər. Antioksidant tərkibli qidalar iltihabı aradan qaldırmağa kömək edir. Bu qidalara; balıq, zeytun yağı, meyvələr, tərəvəzlər və quşburnu çayı aiddir. Həkimlə məsləhətləşmədən alternativ müalicə üsullarına baş vurmayın.

 

Oynaq ağrılarını azaldan üsullar

 

 

3. Bəzi fiziki məşqlər oynaq ağrıları üçün faydalı ola bilər.

Diz ağrılarınız olduqda, sağlam insan kimi qaça və hoppanma bilməzsiniz. Amma bu idmandan qaçmalısınız mənasına gəlmir. Uzun yürüşlər belə formada qalmağa kömək edir.  Həkimlər oynaqlardakı təzyiqi azaltmaq üçün bəzi məşqləri tövsiyə edir. İdman oynaqlarınızı açmağa kömək edə bilər. Amma hansı hərəkətləri edəcəyinizi həkimlə məsləhətləşin.

 

Oynaq ağrılarını azaldan üsullar

 

 

4. Ağrayan bölgəyə isti və soyuq kompres tətbiq edərkən diqqətli olun

Oynaq ağrılarının səbəbi ciddi xəstəliklər ola bilər. Ağrının səbəbini bilmədən isti və ya soyuq kompresdən istifadə etməyin. Həkimə gedib ağrının səbəbini öyrənin.

 

Oynaq ağrılarını azaldan üsullar

 

 

1 dekabr 2019
GO BACK