Texnologiya asılığı günümüzün ən əsas problemlərindən biridir.
Telefondan asılılıq ruhi sağlamlığa mənfi təsir etdiyi kimi, fiziki sağlamlığa da mənfi təsir edir.
Çinin Shenzhen qəsəbəsində baş verən hadisədə adı açıqlanmayan qadın telefona çox baxdığı üçün sol gözünə zərər vurub.
Səhər oyandıqdan sonra telefon baxıb, gözü həddindən artıq yükləndiyi üçün keçici korluqla qarşılaşıb.
Həkimi bildirib ki, xəstə bütün gecə telefonla oynayıbmış. Səhər oyananda telefonu yenidən istifadə etməyə başlayıb. Təxminən 5 dəqiqə sonra xəstənin sol gözünün görmədiyin fərqinə varıb. Müayinə zamanı gözün retinasında qan ləkələri müşahidə edilib.
Damar partladığı üçün görməsində problem ortaya çıxıb. Əməliyyat olunduqdan sonra görmə qabiliyyəti geri qayıdıb.