Qadınlar həkimə getməyə daha həvəsli
Bir çox araşdırma qadınların həkim getməkdə və dərman istifadə etməkdə kişilərə görə daha istəkli və diqqətli olduğunu göstərir. Dünyanın hər yerində qadınların kişilərə nisbətdə daha uzun yaşmağının altında bioloji faktorlar qədər, əxlaqi dəyərlərin də təsiri var. Qadınlar problemlərini daha rahat bölüşürlər.
Daha az yoran iş şəraitində işləyirlər
Qadınlar kişilərə görə fiziki və psixoloji olaraq daha az yoran, riskli işlərdə işləyirlər. Bu da qadınların başına daha az iş qəzası gəldiyini göstərir.
"Kişi ağlamaz" düşüncəsi ömrü qısaldır
Dr.Erdoğan, kişilərin qadınlardan daha tez sağlamlığını itirməsinə səbəb əxlaqi dəyərlər olduğunu deyir. "Kişi ağlamaz, cəsur olmalıdır, ağrı hiss etməz." kimi qəlibləşmiş düşüncələr kişilərin sağlamlığını təhlükə altına alır. Problemlərini bölüşə bilmədikləri üçün şiddətə meyil edirlər. Bundan əlavə, siqaret və alkoqol kimi mənfi vərdişlərə yiyələnirlər.
Vaxt keçdikcə, qadın və kişi ömrü arasındakı fərq azalacaq. Kişilər, öz qayğılarına qalmağa başladıqca daha uzun yaşaya biləcəklər. Mənfi vərdişlərdən uzaq olmaq, idmanla məşğul olmaq buna kömək edəcək.