Qadin.NET / Daima üşüməyin səbəbləri

Daima üşüməyin səbəbləri

 

Hamı üşəyə bilər. Fəqət yay aylarında belə üşüyürsünüzsə, bunun bir səbəbi olmalıdır. Üşüməyə səbəb olan halları sizə təqdim edirik.

Daima üşüməyin səbəbləri

Qalxanavari vəzinin yaxşı işləməməsi: Bu vəzi metabolizanı və bədənin istiliyini nizamlayır. 

 

Kifayət qədər su içməmək: Su metabolizmanı gücləndirir. Bədənin qidaları parçalamasına, enerji və istilik yaratmasına kömək edir. Susuz qaldıqda bədəni isidən enerji və istiliyi təmin edir.

 

Qansızlıq: Anemiya, əllərinizdə və ayaqlarınızda soyuqluq hiss etməyinizə səbəb olan tibbi haldır. Anemiya, bədəndə orqan və toxumaları oksigenlə təmin edən qırmızı qan hüceyrələrinin azlığı zamanı ortaya çıxar.

Daima üşüməyin səbəbləri

Kifayət qədər yatmamaq: Yuxu bədənin istiliyini nizamlaması üçün olduqca vacibdir. Soyuqdan titrəməmək üçün yuxunuza kifayət qədər vaxt ayırın.

 

Çox arıq olmaq: Bədənin çəkisi, sizi soyuqdan qoruyacaq qədər olmalıdır. Bilərəkdən kalori qəbulunu azaldıb, kifayət qədər qidalanmırsınızsa, bu metabolizmanı poza bilər. Bədənin istiliyinə təsir edər. Yaşınıza və orqanizmanıza uyğun, sağlam qidalanın.

Daima üşüməyin səbəbləri

Qan dövranı pis ola bilər: Əllərdə və ayaqlarda qan axışına təsir edən keyiməyə yol aça bilər.

 

20 oktyabr 2019
GO BACK