Qadin.NET / "Xəstə bina" sindromu

"Xəstə bina" sindromu

 

 

"Xəstə bina" sindromu

 

Adətən qapalı mühitdə yaşayan və ya işləyən insanlarda mütəmadi baş ağrısı və yuxarı tənəffüs yollarının şikayətlərinə rast gəlinir.Xüsusilə çoxluq və səs-küylü məkanlarda işləyən şəxslərdə toz və siqaret tüstüsündən və ya başqa səbəblərdən allergiyalar, psixi pozğunluq, yuxusuzluq, xroniki yorğunluq və s. kimi nasazlıqlar özünü göstərir. 

Bəs tibdə "xəstə bina" sindromu nəyə deyilir və necə yaranır? 

Yuxarıda sadalanan halları yaşayan şəxslər "xəstə bina" sindromundan əziyyət çəkirlər. Bu sindrom bəzi binaların insana təsirinin təzahürü kimi təsvir olunur.

 

"Xəstə bina" sindromu

 

 

Belə insanlarda şikayətlər birdən baş verir. Ancaq xəstəlik şikayətləri binadan uzaqlaşdıqda keçir. Sindrom həm də gözdə qızartı, qaşınma, burun tutulması, dərinin qıcıqlanması, baş ağrısı, zəiflik və nəfəs darlığı ilə xarakterizə olunur.

 

"Xəstə bina" sindromu

 

 

Necə xilas olmalı? Bunun qarşısını almaq üçün havanın düzgün paylanması nisbətinin artırılması, istilik və havalandırma sistemlərinin standartlara uyğun qurulması və güclü çirkləndiricilərin (tualet, fotoaparat və printer kimi) olması halında havanın birbaşa axıdılması kimi tədbirləri həyata keçirmək lazımdır. 

Həmçinin, açıq ofis dizaynı havanı təmizləmək üçün qoruyucu bir üsuldur. Təbii işığın daxil olmasına imkan verən tavan pəncərələri, eyvanda yaradılmış kiçik bağlar da problemin həllinə kömək edə bilər.

 


6 oktyabr 2019
GO BACK