1. Ani çəki itkisi
Ani və idarəsiz çəki itkisi, ən vacib diabet simptomları arasındadır. Diabetlə əlaqəli olaraq bədəndə insülin çatışmazlığı yaranır. Bədən, qlikozadan almalı olduğu enerjini əzələdən almağa başladığı üçün ani çəki itkisi yaranmağa başlayır.
2. Bitməyən aclıq hissi
Kifayət qədər insulin istehsal olunmadı üçün əzələlər və orqanlar enerji itirər. Bu halda bədən, enerji əldə etmək üçün kaloriya axtarışına başlayar. Yemək yesələr belə aclıq hiss etməyə davam edərlər.
3. Ağız quruluğu və tez-tez su içmək
Qan şəkərinin artması ilə böyrəklər, bədəndə olan həddindən artıq şəkərəi atmağa çalışar. Bu hal bədənin susuz qalmasına səbəb olur. Beləliklə, diabetin ən əsas simptomlarından biri susuzluq və ağız quruluğudur.
4. Yuxu halı və yorğunluq
Diabetli xəstələr, enerji itkisi yaşadıqları üçün yorğunluq hiss edə bilərlər.
5. Bulanıq görmə
Qan şəkəri artıqda və ya düşdükdə retinada damarlar bundan təsirlənər. Bunun nəticəsində " diabetik retinopati" adı verilən xəstəlik yarana bilər. Diabetin ilk dövrlərində, bulanıq görmə problemi tez-tez baş verir. Bunun səbəbi retinopati deyil, qandakı qlikoza səviyyəsinin yüksək olmasıdır.