Qadin.NET / Qadınların 44%-də olan xəstəlik

Qadınların 44%-də olan xəstəlik

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, 2017-ci ildə Azərbaycanda qadınlar arasında dəmir defisitli anemiya 44% təşkil edib.

Qadınların 44%-də olan xəstəlik

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

 

Daha çox qadınlar arasında yayılmış dəmir defisitli anemiya (qanazlığı) orqanizmin bütün orqan və sistemlərinə mənfi təsir edən, orqanizmi zəiflədən, müxtəlif xəstəliklərin riskini artıran çox ciddi pozulmadır.

 

Qanazlığı zamanı oksigen çatışmazlığı nəticəsində maddələr mübadiləsi zəifləyir, orqanizmdə toksiki maddələr toplanır, ürək, ağ ciyər, qaraciyər, böyrəklərə düşən gərginlik kəskin artır.

 

Qanazlığı immun sistemini kəskin zəiflədir. Bu isə o deməkdir ki, insan müxtəlif infeksiyalara qarşı çox həssas olur, daha tez-tez və ağır xəstələnir, gec sağalır. İmmun sisteminin kəskin zəiflənməsi hətta xərçəngin inkişafına təkan vərə bilər.

 

Digər tərəfdən qanazlığı ürək-damar sisteminə olduqca mənfi təsir edir. Ürək əzələsi (miokarda) vaxtından tez zəifləyir, qocalır.

 

Qanazlığı mərkəzi sinir sistemi, xüsusilə də baş beyini üçün ziyanlıdır. Beyin digər orqanlarla müqayisədə daha çox oksigen tələb edir. Məhz bu səbəbdən oksigenin çatışmazlığı zamanı beyinin normal fəaliyyətində pozulmalar yaranır.

 

Beləliklə, qanazlığı çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və müalicə etmək lazımdır.

Qadınların 44%-də olan xəstəlik

Qanazlığının yüngül formalarında (qanda hemoqlobinin səviyyəsi 90-100 qr/l) düzgün qidalanmanın köməyi ilə bu pozulmanı aradan qaldırmaq mümkündür. Daha ağır formalarda yalnız qidalanma kömək etməyəcək, xəstəyə xüsusi müalicə tələb olunur.

 

Qanazlığının simptomları arasında:

 

- iş qabiliyyətinin kəskin azalması

 

- zəiflik, yorğunluq, yuxululuq

 

- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi

 

- yaddaşın zəiflənməsi

 

- başgicəllənməsi

 

- ürək döyünməsinin tezləşməsi

 

- dərinin quru olması, qabıqvermə

 

- dirnaqların solğun və kövrək olması

 

- saçların tökülməsi

 

- dodaqların kənarlarında çatların əmələ gəlməsi.

 

Qanazlığı zamanı insan qeyri-adi dadları və iyləri (benzinin, dırnaq boyasının iyi, təbaşirin, farşın dadı) xoşlamağa başlayır. Bu da çox xarakterik simptomdur.

 

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.

 

Milli.Az

12 iyul 2019
GO BACK