Qadin.NET / Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular

Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular

 Sağlıq haqqında bildiyimiz yanlış məlumatlarla bir-birimizi lazımsız yönləndirmələrə aparırıq. Gözardı edilməməsi və mütəxəssis müayinəsi tələb edən sağlıq problemlərimizi mütləq şəkildə bir həkimə danışmalıyıq. Bu günə qədər ən sıx qarşılaşdığımız yalnış yönləndirmələrdən yola çıxaraq “Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğruları” nəzərinizə çatdırmaq istəyirik. 

-Linza eynəklərin istifadəsi gözün görmə qabiliyyətini əngəlləmir. 

Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular

-Eynək istifadə edib-etməmək gözün görmə qabiliyyətini dəyişdirmir. 

-Gözə limon damlası sıxmağın faydası yoxdur, hətta zərərlidir. 

-Uşaq böyüdükcə gözün fokusunun pozulması (çəpləşmə) düzəlmir. 



-Uşaq yaxından televizor seyr edir deyə gözü pozulmaz. Yaxından televizor seyr edən uşağın gözündə problem ola bilər və daha yaxşı görmək üçün televizora yaxın əyləşər. 

-Göz müayinəsi doğumdan sonra edilə bilər. Üç aylığından etibarən uşaq eynək taxa bilər. 

-Xalq arasında sakitləşdirici kimi tanınan eynək ölçülüdür və ehtiyacı olana verilir. 

-Kompüter qarşısında uzunmüddətli oturmaq gözləri xarab etməz. 

-Eynək taxınca göz öyrəşər və görmə artar düşüncəsi yalnışdır.

Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular

-Başqasının eynəyini taxmaq və ya yalnış ölçülü eynək taxmaq gözü pozmaz, ancaq şikayətə səbəb olar. 

-Eynək və linzanın müayinəsiz alınıb taxılması düzgün deyil. 

-Uşaqlarda katarakt  və göz təzyiqi müşahidə oluna bilər.


 

26 oktyabr 2011
GO BACK