Qadin.NET / Xoruldamaqdan necə xilas olmalı?

Xoruldamaqdan necə xilas olmalı?

 

Yatmadan əvvəl yemək yeməyin

Yatmadan əvvəl 2-3 saat ərzində ağır yeməklər yeməməli və içki içməməlidir. Yatmadan əvvəl yeyilən yeməklər boğaz əzələlərinin boşalmasına səbəb olur və hal gecə ərzində xoruldamağa səbəb olur. 

Xoruldamaqdan necə xilas olmalı?

Artıq çəkilərinizdən xilas olun

Aparılan araşdırmalarda, həddindən artıq çəkisi olan insanlar daha çox xoruldadığı ortaya çıxmışdır. Əgər xoruldama problemindən xilas olmaq istəyirsinizsə, profesional köməyi alın və sağlam həyat üçün keçid edin.

Xoruldamaqdan necə xilas olmalı?

Otaq sərin olsun

Qış aylarında, istifadə edilən istilik sistemləri otağın havasını qurudur. Quru hava burun keçidlərində tıxanma yaratdığı üçün xoruldamağa səbəb olur. Yatmadan əvvəl pəncərələri açaraq otağın havasını təmizləyə bilərsiniz və ya hava nəmləndirici cihazlardan istifadə edə bilərsiniz.

Xoruldamaqdan necə xilas olmalı?

Siqareti atın

Xoruldamaq problemlərinin ən əsas səbəbi nəfəs çatışmazlığıdır. Siqaret, tənəffü yollarına mənfi təsir edir. 

 


8 iyun 2019
GO BACK