Xroniki xəstəlikləri olanlar oruc tuta bilərmi?
- Uzun və isti günlərə düşən Ramazan ayında mədə xəstələrinin diqqət etməli olduqları ən vacib nöqtə yemək müddət və formasıdır. Orucun ilk dövrlərində mədəni rahatlatmaq üçün xəfif qidalar yeyilməlidir. İmsakda duzlu qidalardan uzaq olmaqda fayda var. Mədə turşusundan əziyyət çəkənlər oruc tutmadan əvvəl həkimə müraciət etməlidir.
- Yüksək təzyiq xəstələri qan təzyiqini nizamlayan qidalara üstünlük verməlidir. Xüsusilə də, dərman qəbulunu imsak və iftara görə nizamlamalıdırlar. Dərman saatlarına diqqət etməlidirlər.
- Diabet xəstələri Ramazan ayında uzun müddət aç qaldıqları üçün qan şəkərinin düşməsi və dərman qəbulunun nizamlasızlığına qaynaqlanan, şəkərin yüksəlməsi kimi risklərə görə həkimə müraciət etməkdə fayda var. Mütəxəssislər insulin qəbul edən xəstələrin huşunu itirmə halı olduğu üçün oruc tutmamalarını tövsiyə edir.
- 16 saatdan daha çox susuz qalma hallarında böyrək xəstələrinə oruc tutmamaları tövsiyə edilir. Fəqət risk daşımayan böyrək xəstələri isə iftar və imsakda bol su içməlidirlər. Maye miqdarı yüksək olan qidaların yeyilməsində fayda var.
- Ürək xəstələrinin bir qisminin dərmanlarının ağır olduğundan mütəxəssislər, oruc tutmamağı tövsiyə edir. Ancaq həkimlər, ürək ritmi pozuntusu, panik atak kimi hallarda, dərman saatını iftar və imsaka görə müəyyənləşdirməkdə bir nöqsan görmürlər.