Qadin.NET / İdmandan necə zövq alaq?

İdmandan necə zövq alaq?

Arıqlamaq proqramı yaz aylarında planlaşdırılsa da, qızlar buna daha çox yayda əməl etməyə başlayırlar. İsti havada isə arıqlamaq daha çətindir. Ona görə də tempi azaltmaqla, bir saatı “yola verməyə” çalışırıq. Beləcə, arıqlamaq və kalori yandırmaq çətinləşir. Bəs az zamana  daha tez necə arıqlayaq?

PLAY-LİSTİ DƏYİŞ!

Araşdırmalar göstərir ki, pop və ya rok musiqisinin ritmik notları altında idman edən xanımların 15%-i sakitlikdə idman edənlərə nisbətən daha çox arıqlayırlar.

MİKS ET

Sübut olunub ki, trenajorları tez-tez dəyişən xanımlar idman edərkən darıxmırlar. Aerobikanı yarımçıq qoyub, velosipedə keçərək, bir neçə kompleks hərəkəti etdikdən sonra idman hərəkətləri bitir.

 

“ULDUZLARA” YAXIN OL”

Etdiyin idmanın sənə güc verməsini istəyirsənsə, hər hansı idmançının məşq etdiyi zala get. Əgər buna imkan yoxdursa, məşq etdiyin zalda hərəkətləri səlist edən bir qızın arxasında dayanmaqla, super-enerji ala bilərsən.

 TEMPLƏ HƏRƏKƏT ET!

Əgər trenajorda aşağı sürətlə addımlayırsansa, o zaman bir neçə dəqiqə yüksək sürətlə qaçmağa çalış. Məsafədən asılı olmayaraq, bir neçə dəqiqə ən yüksək sürətlə gəz. Belə etsəniz, artıq piyləri əridə biləcəksiniz.

20 dərəcə yataq otağı üçün temperaturdur. İsti və havasız otaqda yatmaq piylənmə riskini iki dəfə artırır.




 

4 oktyabr 2011
GO BACK