Ən qəribə 7 alergiya:
- Ayaqqabı alergiyası: Bəzi insanların ayaqqabı dərisində istifadə olunan kimyəvi maddələrə qarşı alergiyası olur. Dəri ayaqqabılar geyinərkən dərilərində dermatoloji yaralar meydana gəlir. Ayaqqabı geyinərkən mütləq corabdan istifadən etməlidirlər.
- Şokolad alergiyası: Bəzi kişilərdə şokoladın tərkibində istifadə olunan qatqı maddələrinə qarşı dəridə qaşıntı, qabarıqlıq bənzəri reaksiyalar meydana gəlir. Tək həll yolu bədənin reaksiya verdiyi şokolad tipini siyahıdan çıxarmaq lazımdır.
- Günəş alergiyası: Günəşlə təmas etdikcə özünü göstərməyə başlayan və günəşdəki şüalardan qaynaqlanan bu elergiya tipində dəridə qızartı, qabarma və qaşıntı olaraq özünü göstərir.
- İdman alergiyası: idmandan sonra yemək yedikdə ortaya çıxa bilər. İdman alergiyasında dəridəki qızartılar və daha ağır hallar müşahidə edilə bilər.
- Su alergiyası: Su ilə təmas etdikdə dəridəki qızartılar meydana gələ bilər. Qısa müddətə itən bu alergiyada çox nadir hallarda ortaya çıxa bilər.
- Texnologiya alergiyası: Miqrenə oxşar, baş ağrısı və dəri reaksiyalarına səbəb olan bu alergiya tipində ən əsas səbəb fen, mikrodalğalı soba, mobil telefonlarla bağlı meydana gələn elektro-maqnit kirlilik meydana gələ bilər.
- Alt paltarı alergiyası: Kauçuk və sintetik toxunma məhsullarına qarşı həssas insanlarda görünür. Xüsusilə, alt paltarında rezinin bədənə dəydiyi nöqtələrdə ortaya çıxır.