Qoltuq altında baş verən hər hansı bir dəyişiklik sağlamlıqla bağlı problemlərin siqnalı ola bilər. Bu dəyişikliklər əsasən, hormonal disbalans, limfatik problemlər və infeksiyalardan xəbər verir.
Qoltuqaltı əsasən də gigiyenik cəhətdən insanı narahat edir. Burda yerləşən tər vəziləri pis qoxuların yayılmasına şərait yaradır.
1. Pis qoxu
Bir çoxları qoltuq altından pis qoxunun gəlməsinin qarşısını almaq üçün dezodorantlardan istifadə edir. Bu nahiyədə yığılan bakteriyalar pis qoxunun gəlməsinə səbəb olur.
Amma bəzi hallarda pis iyin gəlməsinə səbəb qalxanabənzər vəzin problemləri və digər hormonları disbalans ola bilər. Əgər tərdən çürümüş meyvə iyi və ya dırnaq boyası iyi gələrsə, bu, ketoasidoz xəstəliyindən xəbər verir. Şəkər xəstələrinin də tərində xüsusi iy gəlir.
2. Qaşıntı
Qoltuq altında qaşıntı tükləri təmizlədikdən sonra da meydana çıxa bilər. Bu əlamət istifadə edilən krem və dezodorantların tərkibində olan kimyəvi maddələrə olan allergik reaksiyadan da yarana bilər. Qaşıntı zamanı dəridə yaranan qırmızı ləkələr və ölü hüceyrələrin yaranması göbələk infeksiyasından xəbər verir. Bu zaman mütləq dəri həkiminə müraciət etmək lazımdır.
3. Ağrı
Qoltuq altında olan ağrılar qol əzələlərin çox yüklənməsi səbəbindən yarana bilər. Adətən bu hal ağır yük qaldıran və intensiv olaraq ağır məşqlərlə məşğul olan insanlarda müşahidə edilir. Adətən istirahət edildikdə öz-özündə keçib gedir.
•Əgər ağrılar keçmirsə və güclənirsə, o zaman həkimə müraciət etmək lazımdır.
•Nadir hallarda ağrı limfa düyünlərinin zədələnməsi və ya şişi ilə əlaqədar meydana çıxır.
4. Şişkinlik
Qoltuq altının isti və nəm mühiti göbələk infeksiyasının çoxalması üçün əlverişli şəraitdir. Bu zaman qoltuq altında qaşıntı, səpgi, hətta şişkinlik əmələ gəlir.
5. İltihab
Qoltuq altında olan şişkinlik və akne tük follikullarının dəri işində inkişafı ilə əlaqədar meydana çıxır. Bu çox ağrılı haldır və müalicə olunmazsa, fəsadlara səbəb ola bilər.
• Uzanan tükləri naqqaş ilə çıxarmaq əvəzinə dərini sürtmək lazımdır ki, tük özü çıxsın.
Əgər qoltuq altında əllə hiss oluna biləcək törəmələrə rast gəlinirsə, bu, limfa düyünlərinin iltihabından xəbər verir. Müalicə olunduqdan sonra şiş keçib getmirsə, o zaman bu, daha ciddi infeksiyanın və xərçəngin əlaməti hesab edilə bilər.
Milli.Az