Bahar alergiyasına səbəb olan xəstəliklər
- Burun tıxanıqlığı ən çox rastlanan haldır. Tıxanıqlıqla yanaşı ardıcıl asqırmaq müşahidə edilir. Ürək döyüntüsünə mənfi təsir edir.
- Küləklə toz və bitki tozcuqları ağciyərlərdə yığılır. Ağciyərlərdə zamanla iltihablanma müşahidə olunur. Bronxlarının tıxanması ilə nəfəs darlığı, yuxu əsnasında qəfil oyanma halları baş verir.
- Burun və ağciyərlərə təsir edən alergiya eyni zamanda göz kanallarına da təsir edir. Görmə itkisinə aparıb çıxara bilər. Yuxudan oyanarkən gözlərin şiş olması, davamlı sulanması, qaşınması kimi hallar müşahidə oluna bilər.
- Miqrenə oxşayan baş ağrısı özünü göstərir. Baş ağrısının səbəbi hava ilə əlaqəlidir. Baş ağrısından əlavə qulaq ağrısı da müşahidə olunur.
Bahar alergiyasından necə qorunmalı?
- Bu aylar içində A, C, E, və D vitamini tərkibli meyvələr yeyilməlidir.
- Bağlı otağı davamlı havalandırılmalı, ofisdə işləyənlər tez-tez hava alması lazımdır.
- Maye qəbulu 3 litrə qədər olmalıdır.
- Əl-üz təmizliyinə diqqət etməli.