Qadin.NET / Həddən artıq sarımsaq yeməyin zərərləri

Həddən artıq sarımsaq yeməyin zərərləri


Bütün qidalarda olduğu kimi, sarımsaqdan da həddən çox istifadə etmək sağlamlıq baxımından çox da düzgün deyil. Ana vətəni Hindistan olan, bütün dünyaya yayılaraq möcüzəvi faydaları səbəbilə milyonlarla adamın həblərdən əvvəl müraciət etdiyi qida qaynağı olan sarımsaqdan həddən artıq istifadə zamanı orqanizm üçün müxtəlif zərərlər meydana gəlir.
Əgər sağlam həyat sürmək istəyirsinizsə, qiymətləndirməniz lazım olan qida qaynaqlarından biri, şübhəsiz ki, sarımsaq olacaq. Antibiotik xüsusiyyətə malik olduğundan çox istifadə edilən sarımsaq, öncə də qeyd etdiyimiz kimi, müxtəlif zərərli təsirlərə yol aça bilər.

 

Təzyiqsalıcı xüsusiyyəti olan və bu səbəblə xalq arasında geniş istifadə edilən sarımsaqdan gərəkdiyindən çox istifadə edildiyi zaman ani olaraq təzyiqi salma təsiri göstərdiyi üçün fərdlərdə iflic olma meydana gələ bilər. Bundan başqa, ani olaraq təzyiqi saldığı üçün bu vəziyyət beyindəki qan dövranına təsir edir. Vəziyyət belə olduqda isə iflic qaçınılmaz hala gəlir. Buna görə də həkiminizlə məsləhətləşərək sağlamlığınız üçün ən ideal səviyyədə sarımsaqdan istifadə etmkdə fayda var.

10 oktyabr 2011
GO BACK