Qadin.NET / Kralların xəstəliyi nədir?

Kralların xəstəliyi nədir?

 

Keçmişdə daha çox kralların, saray əyanlarının əziyyət çəkdiyi, Sultan Süleymanın da tutulduğu, müasir tibbdə daha çox yaşlıların xəstəliyi kimi dəyərləndirilən podaqra hazırda cavanlaşıb və gənc insanları da əhatə edir. Belə ki, ötən həftə dünyasını dəyişən rusiyalı müğənni Yuliya Naçalova da bu xəstəlikdən əziyyət çəkirdi. Ayağında açılmış yara həm podaqra, həm də diabet səbəbindən ağırlaşmış, infeksiya sepsis vermiş, ürək isə iltihabdan dayanmışdı.

Kralların xəstəliyi nədir?

Ağırlaşması dəhşətli ağrılarla keçən podaqra nədir?

Podaqra oynaqların artrit xəstəliyinin bir növü olub, oynaqlarda urat və sidik turşusu qalıqlarının yığılması ilə başlayır. İlk olaraq ayağın baş barmağında başlayır, daha sonra digər barmaqları və əl oynaqlarını əhatə edə bilir.

Podaqra zamanı oynaq ətrafı şişir, qızarır və ağrılar olur.

 

Xəstəliyin səbəbi:

Orqanizmdə mövcud olan purin adlı maddənin mübadiləsinin pozulması səbəb olur. Purin ət və dəniz məhsullarında da var. Purinlər həll olduqda sidik turşusu yaradır və bu turşu sidiklə xaric olur. Əgər sidik turşusunun norması qanda artırsa, o duzlara, uratlara çevrilir və böyrəklərdə kristal formasında, oynaqlarda da duz formasında yığılır. Böyrəklərində urat daşı yığılmağa meyilli insanlarda podaqra da ola bilər.

Kralların xəstəliyi nədir?

Bəs qanda, sidikdə sidik turşusunun səviyyəsini nə qaldırır?

-Artıq çəki, piylənmə

-Kişi cinsinin olması. Yəni kişilərdə duz daha çox yığılır.

-Yaş - 35-50 yaş arasında daha çox rast gəlinir

-Qida - ət, ət məhsulu, dəniz məhsulu çox yeyənlərdə urat çox olur.

-Alkoqol, pivə

- Şəkərli diabet, yüksək təzyiq və s. yanaşı xəstəliklər

-Genetik

-Hər hansı zədə, travma, əməliyyat

-Bəzi dərmanlar - aspirin, sidik qovucular və təzyiq dərmanları

 

Diaqnostikası:

 

Əgər əl, ayaq baş barmaqlarında gecə ağrılar başlayırsa, həmin nahiyədə sümük kimi çıxıntı, şişkinlik varsa, qızarırsa, siz ilk növbədə travmatoloq ortopedə müraciət etməlisiz. Əvvəlcə oynaqlar rentgen olunur, qan analizi ilə sidik turşusunun miqdarı yoxlanılır. Oynaq USM altında baxılır.

Kralların xəstəliyi nədir?

Müalicəsi:

 

Ağrıkəsici, iltihab əleyhinə, sidik turşusunu qandan böyrəklər vasitəsilə xaric etmək üçün dərmanlar təyin olunur. Xəstəyə ciddi qida dietası yazılır. Artıq çəki varsa arıqlamalıdır. Eləcə də bəzi fizioterapiya prosedurlarından keçirilir.

 

Milli.Az

23 mart 2019
GO BACK