Diz bizim ən sistematik təşkil olunmuş və ən böyük oynaqlarımızdan biridir. Dizlərdə meydana gələn ağrı həm onun quruluşundan, həm də funksiyasından asılı olaraq fərqli səbəblərlə əlaqəli ola bilər. Gün ərzində müxtəlif hərəkətlərdə pilləkan enib qalxarkən, avtomobildən enərkən, uzun müddət dizi bükük vəziyyətdə oturarkən diz önündə meydana gələn ağrı diz qapağı və diz içərisindəki anatomik strukturların ciddi probleminin olduğunun əlamətləri ola bilər. Diz ağrısının ən yayılmış səbəbi dizin zədə almasıdır. Diz ağrıları kişilərdən çox qadınlarda rastlanır.
Diz ağrısının səbəbləri:
- Sərtləşmə
- Bədəndə toksin miqdarın artması ilə oynaqların arasında yığılan iltihab
- İdmançılarda rastlanan diz bağlarında yırtılma
- Diz qapağındakı sümüyün zədə alması
- Dizlərdən keçən sinirlərdəki və ya damarlardakı vitamin miqdarının azalması
- Həddindən artıq çəki
- Hərəkətsiz həyat tərzindən sonra idmana başlamaq
- Ayaq biləklərində zədələnmə
- Diz sümüklərinin infeksiyaya tutulması