Yuxusuzluğun sağlamlığa mənfi təsirləri var. Kifayət qədər yatmadıqda müəyyən sağlamlıq problemləri yarana bilər.
- Beynin gün ərzində yaşadığı stressi və yorğunluğu atması üçün ən az 7 saat yuxuya ehtiyacı var. Yuxu əsnasında beyindəki damarlar genişlənir, qan axışını təmin edir. Beyindəki hüceyrələri yeniləyir.
- Az yuxu hormonlara mənfi təsir etdiyi üçün bədənə qəbul edilən karbohidratlı yeməklər enerjini yağa çevirir. Bu yağlanma da zamanla çəki artmasına səbəb olur. Yuxusuzluq iştahanı artırır.
- Aparılan araşdırmalarda yuxusuzluğun immunitet sisteminin özünü yeniləməsinə mane olduğu üçün sərbəst radikal hüceyrələrin sayısını artırır. Bunlar da zamanla xərçəngli hüceyrələrin yaranmasına səbəb olur.
- Kifayət qədər yatmadıqda bədəndə ortaya çıxan xəstəliklərdən ən yayılmaşı ürək xəstəlikləridir. Xüsusilə, yüksək təzyiq və damar tıxanıqlığı az yatdıqda baş verir.
- Bəzi mütəxəssislər mövsüm keçidlərində nəfəs alma ilə bağlı yaranan allergiyaların səbəbini yuxusuzluqda görürlər.
- Bədəndəki qan yenilənə bilmədiyi üçün diabetə səbəb olan insulin səviyyəsi artır. Bu da şəxsdə gizli şəkərin başlamasına səbəb olur. Eyni zamanda unutqanlıq kimi hallar da müşahidə olunur.