Dırnaq yemək vərdişinin göstəriciləri
- Dırnaqları davamlı bir yerə sürtmək istəyi
- Dırnaqların ətlərinin qanıyana qədər irəli getmək
- Stress və depressiya anında ağlamaq yerinə dırnaq yemək
- Təkcə əl yox, ayaq dırnaqlarını da əllə qoparmaq
- Mədə bağırsaq ağrılarının artması
- Davamlı barmaqlarla oynamaq istəyi kimi hallar vərdişin yüksək səviyyədə olduğunu göstərir.
Dırnaq yemək vərdişindən xilas olmaq üçün təbii üsullar
Neem yağı
Antiseptik xüsusiyyəti sayəsində dırnağı infeksiyalardan təmizləməkdən əlavə acı dadı ilə dırnaq yemək vərdişini aradan qaldırmağa kömək edir. Pambığa 5 damla tökün, dırnağınıza masaj edərək çəkin. Yağ quruduqdan sonra bu üsulu yenidən tətbiq edə bilərsiniz.
Sarımsaq
Dırnaq yemək vərdişindən xilas olmağın ən təsirli üsulu sarımsaqdır. Eyni zamanda dırnaqları gücləndirir. Çiy sarımsağı iki yerə bölüb dırnaq uclarına masaj edərək çəkin.
Acı kabak
Bir acı kabağı 3 hissəyə bölün və blenderdan keçirin. Daha sonra dırnaqlarınızı püre halına gəlmiş kabağa batırın. Daha sonra ilıq su ilə yuyun. Bu vərdiş bitənə qədər tətbiq edə bilərsiniz.