Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur.
40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən 7 milyondan çox insan vardır. Bu insanlar əsasən müalicə və müayinə imkanlarının məhdud olduğu Afrika qitəsində yerləşən ölkələrdə yaşamaqdadır. Afrika və Asiyada xəstəliyin geniş yayılmasının digər əsas səbəblərindən biri insanların normadan artıq günəş şüalanmasına məruz qalmasıdır. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
Qlaukomanın (göz təzyiqi) səbəbləri
- Genetika ilə keçən xəstəliklərdəndir.
- Gözün içindəki vitamin və minerallar azaldıqda maye səviyyəsi aşağı düşər. Bu adətən yaş keçdikcə özünü göstərər. Ona görə göz təzyiqini tez-tez ölçməkdə fayda var.
- Şəkər xəstələrinin istifadə etdiyi dərmanlar maye səviyyəsinə təsir etdiyi üçün gözə də təsir edər. Bunun bağlı olaraq göz təzyiqin yaşanma riski artar.
- Retinanın (torlu-qişa) bəzi səbəblərdən nazikləşməsi göz təzyiqinə səbəb ola bilər. Xüsusilə, linza istifadə edib göz baxımı etməyən insanlarda göz təzyiqi riski var.
- Doğuşdan və ya sonra ortaya çıxa görmə itkisi təzyiqə səbəb ola bilər.
- Göz içi iltihablanma göz kanallarının tutulmasına səbəb olar. Müdaxilə edilmədikdə göz təzyiqi yarana bilər.
- Daha əvvəl yaşanmış göz problemli buna səbəb ola bilər.