Qoltuqaltı ağrılarının səbəbləri:
-Ağrıya səbəb olan ən yayılmış səbəb qoltuqaltı vəzilərin şişməsidir. Bu şişmə zədədən qaynaqlana bilər. Bu şişmə infeksiyaya və bakteriyaya yol açar. Erkən müdaxilə edilmədikdə xərçəngə yol açar.
- Bunun digər səbəbi isə əzələ dartılmasıdır. Bu hal, xüsusilə, idmançılarda rastlanır. Ani hərəkət əsnasında qoltuqaltındakı əzələlər zədələnə bilir. Bu hallarda əzələnin zədə gördüyü yerdə iltihablanma müşahidə edilir.
- Kosmetik məhsulların tərkibindəki bəzi maddələr insanlarda alergiyaya səbəb ola bilər. Bu reaksiya şişmə, qızartı, ağrı kimi simptomlarla özünü göstərəcək. Mütəxəssislər, xüsusi alergiya testlərindən keçməyi tövsiyə edir.
- Xalq arasında da bilinən qoltuqaltı ağrısı ürək xəstəliklərinin göstəricisidir. Ürəyə kifayət qədər qanın çatmaması nəticəsində ortaya çıxan yorğunluq, baş fırlanması, həddindən artıq tərləmə, sinə və qoltuq ağrısı simptomları ortaya çıxır.
- Qollarda daima yaranan keyimə və ağrı kimi hallar stress və depressiya kimi psixi xəstəliklərin göstəricisidir. Bu kimi hallarda qoltuqaltında uzun müddətli ağrılar baş verir.
- Qoltuqaltındakı kütlə, şişlik və ya ağrı döş xərçəngi riskini göstərməz. Ancaq bu hallarda mamonoloqa görünməkdə fayda var. Xüsusilə, erkən dövr xərçəngin müəyyən edilməsi üçün. Bundan əlavə mensturasiya dövrlərində hormonal pozuntu ilə bağlı şiş və ağrı ortaya çıxa bilər.
- Mədədə yanma kimi problemlər, bədəndə şiddətli ağrıya səbəb ola bilər. Ən həssas bölgələrdən biri olan qoltuqaltı bundan təsirlənə bilər.