Qadin.NET / Vertiqo

Vertiqo

 

Şərq təbabəti tərəfdarları belə hesab edirlər ki, güclü emosiyalar, məsələn, qəzəb və ya qorxu orqanların harmoniyasını pozaraq başgicəllənmə və digər simptomlar yarada bilər. Yəqin elə bir adam yoxdur ki, heç vaxt başgicəllənmə hiss etməsin. Bununla belə, çox vaxt başgicəllənmə dedikdə, tamamilə müxtəlif hisslər anlaşılır: yüngül halsızlıqdan, ürəkbulanma və ya məstlik hissindən tutmuş öz bədəninin və ya ətraf cisimlərin fırlanması təəssüratına qədər.

Əsl başgicəllənməsi və ya vertiqo (latınca vertiqo - yəni başgicəllənmə) öz cisimlərinin fəzada və ya ətraf əşyaların öz cisminə nəzərən hərəkətli illuziyasıdır. Bu cür hal, məsələn, karuseldə fırlanarkən və ya nəqliyyatda yırğalanan zaman baş verir. Belə hallarda, məlum olduğu kimi, vestibulyar sistemindən (Vestibulyar aparat (latınca vestibulum) - insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir) asılı olan müvazinət hissi itir. Lakin əgər başgicəllənmə hə hansı bir səbəb olmadan baş verirsə, bu, hansısa xəstəliyin simptomu ola bilər.

 

Vertiqo adətən güclü olmur və tez ötüb keçir. Bəzən bu simptomlar uzun müddət davam edir və daha güclü təzahür edir. Bu halda həkim məsləhəti tələb olunur. Əsl başgicəllənmə çox vaxt psixovegetativ pozulmalar zamanı müşahidə olunur və aşağıdakı əlamətlərlə müşayiət edilir:

1. Ürək bulanması

2. Qusma

3. Rəngin solması

4. Tərləmə

5. Həyəcan

Bu, vestibulyar sistemin vegetativ sinir sistemi ilə sıx əlaqəsi və əslində onun bir funksional parçası olması ilə izah olunur. Vestibulyar sistemin istənilən zədələnməsi tezliklə vegetativ pozulmalara gətirib çıxarır.

Vestibulyar analizator təkamül nöqteyi-nəzərdən ən qədim olanlardan və bununla yanaşı, sinir sisteminin strukturunda ən az öyrənilənlərdən biri sayılır. Onun analoqu hələ meduzalarda vardır. Onurğalılarda o, böyük təkmilləşməyə nail olmuşdur, insanda isə xüsusi mürəkkəb və təkmilləşmiş struktura malikdir.

İnsan orqanizmində vestibulyar sistemin rolu olduqca böyükdür. Bu, yalnız müvazinətin tənzimlənməsi və hərəkətin koordinasiyası, başın və bədənin məkanda səmtlənməsi deyildir, həmçinin aparat yerin cazibəsinə hissiyatı, hərəkətin sürətini hiss etməyini də təmin edir. Vestibulyar aparat yaddaşa, zehnə, emosional-vegetativ və davranış reaksiyalarına təsir edir. Vestibulyar sistemin bütün liflərinin həmahəng işləməsi onun orqanizmdə belə mühüm rol oynayan normal fəaliyyətinin təminatıdır.

7 sentyabr 2011
GO BACK