Qadin.NET / Dopamin çatışmazlığı halsızlığa səbəb olur

Dopamin çatışmazlığı halsızlığa səbəb olur

 

Dopamin— İnsan bədəninda təbii yaranan kimyəvi madədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir

Dopamin çatışmazlığı halsızlığa səbəb olur

Dopamin çatışmazlığı zamanı:

 

- Şirniyyat asılığı, şirniyyat yemək istəyinin artması

- Uzun müddət işə diqqət cəmləmədə problem

- Davamlı yorğunluq və yuxu halının olması və ya sağlam yuxunun olmaması

- Ani duyğu dəyişiklikləri

- Davamlı məsuliyyətdən qaçmaq dopamin çatışmazlığını göstərir.

Dopamin çatışmazlığı halsızlığa səbəb olur

Dopamin hansı qidalarda zəngindir?

Protein dopamin maddəsi üçün ideal dəstəkləyicidir.

 

Süd və süd məhsulları 

Protein baxımından ən zəngin qidalar süd və süd məhsullarıdır. 

 

Balıq

Tərkibindəki omeqa3 yağları beyin sağlamlığı üçün olduqca faydalıdır. Bədəndə yağlanma yaratmaz. Enerji və protein ehtiyacını qarşılayar.

Dopamin çatışmazlığı halsızlığa səbəb olur

Qırmızı və ağ ət

Ördək və toyuq ətləri ağ ət qrupuna girir. Protein baxımından zəngin olan bu qidalar, proteindən əlavə vitamin və mineralla zəngindir. İnək, qoyun qırmızı ət qrupuna aiddir.  

 

 

28 dekabr 2018
GO BACK