Qadin.NET / Bədənin müqavimətini artırmağın yolları

Bədənin müqavimətini artırmağın yolları

 

Bədənin müqavimətini artırmağın yolları

Xəstə olmadan əvvəl C vitamini

Qış aylarında soyuqdan təsirlənən bədən qrip kimi infeksiyalara tutulur. Buna görə də xəstə olmadan tədbir görmək lazımdır. C vitamini ilə zəngin olan qidalarla qidalanmaq lazımdır. Portağal, mandalin, qreyfurt kimi meyvələr qış aylarının qripindən sizi qoruyacaq. Bundan əlavə turp, çuğundur, kök, kərəviz, ispanaq, kahı kimi tərəvəzlər bədənin müqavimət gücünü artırır.


Qışda maye qəbuluna diqqət

Qış aylarında susuzluq az yarandığıdan maye qəbulu azalır və bədən kifayət qədər maye qəbul edə bilmir. Gündə 2 litr su içmək vacibdir. Su bədəndəki toksin maddələri atır. Həmçinin, lazimi qədər su çəkini də sabit saxlayır.

Bədənin müqavimətini artırmağın yolları

 

İmmunitet sistemini gücləndirmək üçün..

- Qışda süfrələrdə mütləq balıq olmalıdır. Omeqa3 immunitet sistemini qüvvətləndirir.

- D vitamini günəşli günlərin azalması ilə azalır. Ona görə gün ərzində yürüşə çıxmaq vacibdir.

- Bədən istiliyini qorumaq üçün çay qəhvə yerinə, təbii və C vitamini ilə zəngin nanə limon, quşburnu kimi çaylar içilməlidir.

Bədənin müqavimətini artırmağın yolları

18 dekabr 2018
GO BACK