Qadin.NET / Qışda gözlər də üşüyür

Qışda gözlər də üşüyür

 

Quru və sərt hava dərimizə olduğu qədər gözlərimizə də təsir edir. Gözlərimizin təbii nəmini itirməsi, qurumasına səbəb olur. 

Qışda gözlər də üşüyür

Soyuq və sərt havalar gözləri qurudur

Qışın gəlməsi ilə qapalı yerlərdə istilik sistemləri işə düşdü. Evdə, maşında, işdə, marketdə sərt və quru havaya məruz qalırıq. İsinmək üçün istifadə olunan kondisionerin üflədiyi sərt və quru havaya tuş gəlirik. Havanın quruması, dəri və tənəffüs sistemi üçün zərərli təsirlər yaradır. Quru və nəmsiz hava dərimizə olduğu qədər gözlərimizə də təsir edir və göz quruluğuna səbəb olur. Xüsusilə, linza istifadə etdikdə göstəricilər arta bilər. Quruluğun göstəriciləri bunlardır:

Qışda gözlər də üşüyür

- Yanma 

- batma

- quruluq hissi

- bəzən həddindən artıq sulanma

Bol su qəbulu və omeqa3-lə qidalanma göz sağlamlığını dəstəkləyir. 

Qışda gözlər də üşüyür

Hər iqlimə uyğunlaşan eynəklər

Bir çox insan eynəkləri ancaq yayda istifadə edir. Günəşdən qorunduqları halda, qışda küləkdən qorunmurlar. Qışda optik eynəklərdən istifadə etməyi məsləhət görürlər. 

 

17 dekabr 2018
GO BACK