Qadin.NET / Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol

Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol

 

1. Otağı havalandırmaq

Otağın quru havası gözlərin daha tez qurumasına səbəb olur. Otağın havalandırmaq vacibdir. Əgər yaşadığınız ərazinin havasında çox toz varsa, təmizləyici filterlərdən istifadə edin. Nəmli otaq havası göz suyunun buxarlanmasını ləngidir. Amma otağın çox da rütubətli olmamasına diqqət edin.

Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol

 

2. İsti kompres

Göz suyu adətən yağdan, sudan və selikdən ibarətdir. Gözdə iltihablanma və ya qıcıqlanma olduqda, göz yağı istehsalı dayanır. Qıcıqlanmanın qarşısını almaq üçün

ilıq kompreslərdən istifadə etmək lazımdır. 

Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol

Təmiz dəsmalı ilıq suda isladın.

Möhkəm sıxın və gözünüz bağlayıb üstünə qoyun. 5 dəqiqə sağlayın.

Həftə ərzində günlük etsəniz, faydasını görəcəksiniz.

 

3. Su içmək

Kifayət qədər su içmək sağlam həyat tərzinin əsas şərtlərindəndir. Su orqanlarımızın funksiyalarını yerinə yetirməyə kömək edir, gözlər də buna daxildir. Su lazimi qədər göz suyu istehsal olunmasına kömək edir.

Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol

Gündə 8 stəkan su içmək məsləhət görülür.

Su içmək üçün susuzluq hiss etməyi gözləməyin.

 

11 noyabr 2018
GO BACK