Bel ağrısının səbəbləri
- Qəza və travmalar kimi hallar onurğanı zədələyir. Bu halda şiddətli ağrılar ortaya çıxa bilir.
- Hərəkətsiz həyat və artıq çəki bel ağrısına səbəb ola bilir. Əzələlər hərəkətsiz qaldıqda güc qabiliyyətlərini itirirlər.
- Yanlış oturma və yatmaq da bel ağrısına səbəb olur.
- Bəzi qidalar sümük və əzələlərdəki toksinləri artırdığı üçün bel ağrılarına səbəb ola bilir.
- Xüsusilə, masa arxasında işləyənlərdə və uzun müddət ayaq üstündə qalanlarda rastlanan haldır.
- Bundan əlavə, stress altında işləyən və sinir sisteminə bağlı ortaya çıxan depressiya kimi hallar bel ağrısına səbəb olur.