Havaların soyumağı ilə qrip yayılır. Qripdən qorunmaq üçün nə etməli?
- Xüsusilə, təzə tərəvəz və meyvələr soyuq havalar da sağlam qalmaq istəyənlətin köməyinə çatır.
- Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik, yaşıl tərəvəzlər, sitrus meyvələrində olan A vitamini güclü antioksidandır.
- C vitamini bədəndəki zərərli maddələrin atılmasına kömək edər, immunitet sistemini gücləndirər. Yaşıl bibər, cəfəri, ispanaq, portağal, limon, mandalin kimi qidalarda bol miqdarda C vitamini var.
- E vitamini bədəndə antioksidan kimi fəaliyyət göstərir. Ən zəngin qaynağı; fındıq, qoz, badam, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər.
- Bal enerji verməklə yanaşı, ağız, boğaz və bronxlardakı infeksiyalarla mübarizə aparan təbii dərmandır.
- Bitki çayları antioksidanla zəngindir. Böyürtkən, moruq çaylarına limon əlavə edərək içə bilərsiniz.