Hava çirkliyi bir çox faktordan qaynaqlana bilər
Hava çirkliliyinin iki əsas katoqeriyası var: Birincisi, yer səviyyəsi. Bu növ çirklilik adətən maşınların, sənaye zavodlarının buraxdığı qazlar və kimyəvi maddələrdən qaynaqlanmaqdadır.
İkinci kateqoriyaya parça halında olan çirklər aiddir: toz, torpaq, duman daxildir. Maşınlar, fabriklər, inşaat və odun-kömür yandırılması nəticəsində havaya qarışan hissəciklərdən qaynaqlanır.
Atmosferin çirklənməsi hər kəsə təsir edə bilər, ancaq xroniki ağciyər problemləri olanlara daha çox təsir edir.
Meşə yanğınları və zərərli buxarlardan nitrit oksit, sulfud dioksid kimi maddələr artır və ağciyər, nəfəs yollarının reaksiya verməsinə səbəb olur. Tənəffüs sistemi buna alergiya və bakteriya, virusla mübarizə aparır kimi reaksiya verir. Öskürmək, asqırmaq, bəlğəm kimi halla buna aiddir. Adətən burun havanı filtirədən keçirir. Lakin bəzən havanın çirkliliyi həddindən artıq olur.
Yaşadığınız yerin havasından narahatsınızsa, bunları edə bilərsiniz:
Günlük olaraq havanın keyfiyyəti ilə bağlı internetdə araşdırma aparın. Əgər hansısa gün hava çirkliliyi həddindən artıqdırsa, evdən çıxmayın. Evdən çıxmağa məcbursunuzsa, üz və ya burun maskası taxın.
Hava çirkliliyinin əlamətlərini görməzdən gəlməyin. Belə havalarda açıq havada olmaq ciyərlərinizi narahat edə bilər.